Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb |
Mojo.az Avto
Mojo.az Avto

Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında

28.11.2024 15:19 2 175
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Quru Qoşunların tabeliyindəki N saylı hərbi hissənin Maliyyə xidmət bölməsində mühasib işləmiş Alı Əliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, "Dayı” ləqəbi ilə tanınan eks-mühasib 4 min manata yaxın rüşvət almaqda, 30 min manatı isə rüşvət kimi tələb etməkdə təqsirləndirilir.

A.Əliyev 4 minə yaxın pulu hərbçilərdən birinin xidmət yerinin dəyişdirilməsini təşkil etdiyi üçün alıb. Bundan əlavə o, rüşvətlə əlaqəli digər cinayət əməllərini törətməkdə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin müxtəlif bəndləri ilə yekun ittiham elan edilib.

"Dayı”nın vəkili Orxan Zeynalov saytımıza bildirib ki, müdafiə tərəfi olaraq verilmiş ittihamlarla razı deyillər. Topladıqları sübutları məhkəmə istintaqında təqdim edəcəklər. Vəkil onu da qeyd edib ki, istintaqın sonunda etiraz etsə də, müvəkkilinin işi əvvəl Gəncə Hərbi Məhkəməsinə göndərilib.

O, həmin etirazını məhkəmənin ilk iclasında elan edib. Hakim bununla razılaşıb. Vəsatət əsasında aidiyyət pozulduğundan iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə ilk iclas keçiriləcək.

Qeyd edək ki, "Dayı” bu ilin martından həbsdədir.

Son xəbərlər