Mojo.az Banner
12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabiq tabor komandiri məhkəmə zalında həbs edildi

22.05.2024 15:14 1 092
Sabiq tabor komandiri məhkəmə zalında həbs edildi
Müdafiə Nazirliyinin tabeliyindəki "N" saylı hərbi hissənin sabiq tabor komandiri Elnur Əliyev həbs edilib.

"Qafqazinfo"nun məlumatına görə, hökmü Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrlik etdiyi məhkəmə heyəti çıxarıb.

Elnur Əliyev rüşvət almaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. E.Əliyev məhkəmə zalında həbs edilib.

Ona Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə, eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə də ittiham verilmişdi. Məhkəmə həmin maddəni ittihamdan xaric edib.

Qeyd edək ki, E.Əliyev cinayət məsuliyyətinə cəlb edilənə kimi tabor komandiri işləyib. O, ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olub.скачать dle 11.3
Mojo.az Banner