Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:17 Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı | 18:10 Ev alıb-satanda makler tələsinə düşməyin! – AÇIQLAMA | 18:06 Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu | 18:04 Bakıda bağban sərxoş vəziyyətdə sürücünü bıçaqlayıb | 18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? | 17:25 Bakıda yeni avtobus marşrutu yaradılır | 17:18 İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb | 17:04 Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq | 16:55 Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan | 16:47 Saray körpüsündə zəncirvari qəza: Üç avtomobil toqquşdu | 16:40 Azərbaycan əhalisinin sayı açıqlandı | 16:31 Kolleclərlə bağlı vacib dəyişiklik gözlənilir | 16:25 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto | 16:14 Evlənən və boşananların sayı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu

20.11.2026 18:06 186
YENİLƏNİB Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə səbəbindən əhaliyə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub.

Median.Az
xəbər verir ki, bu barədə "Report"a Səbail İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, son günlər yağan intensiv yağışlar nəticəsində sözügedən ünvanda sürüşmə prosesi yenidən aktivləşmiş, ərazidə ciddi deformasiyalar və dağıntılar yaranıb:

"Prosesin daha geniş sahəni əhatə etməsi ehtimalı ərazidəki yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün risk yaradır. Yaranmış vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır. Eyni zamanda, sakinlərə mövcud təhlükə barədə ətraflı məlumat verilmiş və təhlükəsizlik məqsədilə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub".

* * * * * *

Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir.


Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.

Ərazidə vəziyyətin dinamikası izlənilir.

Son xəbərlər