Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq
Ermənistan işğal dövründən sonra Qarabağdan köçərək bu ölkənin vətəndaşlığını alan şəxslərin yeni biometrik pasportlarında doğum yeri kimi “Azərbaycan” qeyd etməyə başlayıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi noyabrın 20-də məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, yeni biometrik pasportların rəsmiləşdirilməsində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 standartı tətbiq olunur. Doğum yeri isə ISO 3166 standartına uyğun olaraq həmin ərazinin hansı dövlətə məxsus olduğu nəzərə alınmaqla göstərilir.
Ermənistan DİN bildirib ki, beynəlxalq standartlara uyğun gəlməyən qeydlər sərhədi keçərkən çətinlik yarada bilər. Yeni biometrik sistemdə vahid qaydanın tətbiqi bu problemlərin qarşısını almaq məqsədi daşıyır.
//modern.az