FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:25 Xarici maşınları yoxlamaq üçün yaradılacaq "VİN kod" axtarış sistemi nə vaxtdan işləyəcək? (VİDEO)  |     21:18 Qramla satılan ətirlərin təhlükəsi: Bir çox xəstəliklər yarana bilər  |     21:13 "Milan"ın futbolçusu zədə səbəbindən bu ilin sonuna qədər sıradan çıxıb  |     21:04 “Time” jurnalı "İlin adamı" adına namizədləri açıqlayıb  |     20:58 Xocalıda əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib  |     20:47 Nazirlər Kabineti aviasiya ilə bağlı iki qaydanı təsdiqləyib  |     20:42 “Haber Global”: Türkiyə-Suriya sərhədində qələbəlik yaşanır  |     20:36 ABŞ səfiri Gəncədə Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib  |     20:30 KİV: Suriyada qadınların hicab taxmağa məcbur edilməsi qadağan olunub  |     20:23 Ötən həftə azad olunan torpaqlarda 768,4 hektar ərazi minalardan təmizlənib  |     20:18 KİV: Suriyanın bəzi şəhərlərində komendant saatı tətbiq edilib  |     20:09 Sumqayıtda qadının yeddi min manatı oğurlanıb  |     20:01 Qazaxıstan XİN: Suriya üzrə danışıqların Astana formatının taleyi sual altındadır  |     19:54 Türkiyənin Gürcüstanla sərhəd bölgəsində torpaq sürüşməsi olub, magistral yol bağlanıb  |     19:45 Bu həftə səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır  |     19:39 "Botafoqo" klubu 29 ildən sonra Braziliya çempionu olub  |     19:32 Sumqayıtda 75 yaşlı piyadanı avtomobil vuraraq öldürüb  |     19:18 Konqoda 30-dan çox insan naməlum xəstəlikdən ölüb  |     19:11 Qebreyesus: ÜST Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir  |     19:03 Meksika aviaşirkətinin sərnişini təyyarəni qaçıraraq ABŞ-yə uçmağa cəhd edib  |    

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsinin rəisi Elnar İmanov cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti Elnar İmanova İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə cərimə yazıb.

192.5-ci maddə işçinin məzuniyyət hüquqlarının pozulması, işçiyə əmək məzuniyyətinin verilməməsi, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi ilə bağldır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Elnar İmanov dövlət qurumunun qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Abşeron Rayon Məhkəməsində baxılacaq. Şəfəq Məmmədova iş üzrə hakim təyin edilib.

FHN-nin Maddi Texniki-Təchizat İdarəsi nazirliyinin ən iri qurumlarından biridir. Elnar İmanov idarə rəisi vəzifəsinə ötən ilin sentyabrında təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            237 28.11.24 16:57