Putin: "KTMT İrəvan üçün Qarabağda döyüşməli deyildi" - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 “BakuBus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır  |     20:26 "Kartdan karta" üsulu ilə işləyən daha 314 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     20:21 Ordubadda hərbi sursat aşkar edilib  |     20:13 Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb  |     20:04 Kiçik Mərdəkan qəsri bərpa ediləcək  |     19:59 Naxçıvan Boks Federasiyası fəaliyyətini dayandırıb  |     19:51 Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunub  |     19:46 Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ  |     19:40 54 şəxs və 29 təşkilat Aİ-nin sayca 15-ci sanksiya paketinə daxil ediləcək  |     19:32 İndoneziyada torpaq sürüşməsi nəticəsində 27 nəfər ölüb  |     19:25 Fransızların 63 faizi Makronun istefasını istəyir  |     19:20 İsmayıllıda inzibati bina yanıb  |     19:13 Rusiya şirkətlərinin mənfəəti iki ilin minimumuna düşüb  |     19:06 Qaradağ rayonunda 28 yaşlı gənci avtomobil vurub  |     18:53 Ermənistanda Koçaryana qarşı yeni ittihamlar irəli sürülüb  |     18:36 Azərbaycan Özbəkistanın 2 vətəndaşını qarşı tərəfə təhvil verib  |     18:22 Putin: "KTMT İrəvan üçün Qarabağda döyüşməli deyildi" - VİDEO  |     18:04 Azəbaycanda sabiq deputat məhkəməyə VERİLDİ - SƏBƏB  |     17:51 Nəbatət Bağına giriş BU QİYMƏTƏ olacaq  |     17:43 "Baku Steel Company" şirkətində Rasim Məmmədovdan sonra da üç milyonluq yeyinti olub  |    

Putin: "KTMT İrəvan üçün Qarabağda döyüşməli deyildi" - VİDEO

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağ münaqişəsinə müdaxilə etməməli idi, çünki münaqişə zamanı Ermənistan xarici təcavüzə məruz qalmamışdı".

Bunu Qazaxıstanda keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bəyan edib.

"Lakin KTMT-nin buna heç bir aidiyyəti yoxdur, çünki Ermənistanın özünə qarşı heç bir xarici təcavüz olmayıb", - deyə o bildirib.

"KTMT - üzv ölkələri xarici təcavüzdən qorumaq üçün nəzərdə tutulub. Qarabağdakı hadisələrin öz spesifikası var: Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımayıb və əlbəttə ki, Qarabağı öz ərazisinə daxil etməyib. Deməli, Qarabağda baş verənlərin Ermənistana hüquqi baxımdan heç bir aidiyyəti yoxdur, ona görə də KTMT-nin bu ərazidə döyüşməsini tələb etmək qəribədir".

"Hər ölkə öz təhlükəsizliyini təmin etmək sahəsində nəyi və necə etmək istədiyini seçmək hüququna malikdir", - Rusiya lideri deyib.

"Düşünürəm ki, KTMT ilə bağlı bugünkü vəziyyət, çox güman ki, Ermənistanın özündəki daxili siyasi proseslərlə əlaqədardır və əlbəttə ki, bütün bunlar Qarabağ məsələsi ilə bağlıdır.

Ermənistanın təşkilatda tamformatlı işə qayıdacağını ehtimal edirəm. Ermənistan hələ ki KTMT-dən çıxmaq barədə bəyanat verməyib və təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir", - Putin əlavə edib.
скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            96 28.11.24 18:22