Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Bu il müharibə zonalarında 42 jurnalist öldürülüb  |     22:34 FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     22:23 Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü  |     22:07 Havalar get-gedə soyuyur: avtomobiliniz qış şəraitinə hazırdırmı?  |     22:00 Bakıda obyektdən 5500 manat oğurlayan uşaqlar tutuldu  |     21:55 Hippokratdan "İmmunitet" içkisi - Resept  |     21:46 Kürdəmirdə traktor yanıb  |     21:40 “İlin adamı” seçildi  |     21:31 Qırğızıstan himnini dəyişir  |     21:25 Laboratoriyada 15 dəqiqəyə almaz istehsal edildi: Bu, necə baş verdi?  |     21:18 Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib  |     21:11 Bu iki ölkə də yanvarın 1-dən Şengenə qoşulacaq  |     21:05 Keçi pendiri niyə bahadır? (AÇIQLAMA)  |     20:57 Bu günədək bələdiyyə seçkilərinə neçə şəxs namizəd olub?  |     20:52 Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir  |     20:44 Azərbaycanda ən çox əməkhaqqını onlar alır  |     20:39 Argentinanın məşhur kanalı Messinin Bakı səfərini paylaşdı (FOTO)  |     20:31 Azərbaycanda ata oğlunu məhkəməyə verdi - Mandarinə görə  |     20:25 İran sanksiyalar ləğv edilmədən nüvə obyektlərində intensiv yoxlamalara icazə verməyəcək  |     20:17 AZAL apreldə Bakı-Səmərqənd-Bakı uçuşlarını bərpa edəcək  |    

Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunub

Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan, eləcə də bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etməkdə şübhəli bilinən şəxslər həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Hacıqabul Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Eldar Eynullayev və Nicat Cavadov saxlanılıblar.

Həmin şəxslərin idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 ədəd 20 manatlıq və 33 ədəd 10 manatlıq olmaqla 350 manat saxta pul, eləcə də narkotik vasitə olan marixuana və metamfetamin aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin rayon ərazisində yerləşən bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etdikləri müəyyən edilib. Faktla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. E.Eynullayevin və N.Cavadovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 28.11.24 19:51