Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? (AÇIQLAMA) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Sumqayıtda 68 yaşlı kişinin meyiti aşkarlanıb  |     22:31 Qəzzada ölən fələstinlilərin sayı 44,3 min nəfərə çatıb  |     22:20 Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək  |     22:11 "Qarabağ" - "Lion" oyununda hesab açıldı  |     21:59 Dörd vəkilə töhmət verildi  |     21:54 Tələbələri ilə vidalaşan Siyavuş Kərimi kövrəldi - Video  |     21:47 Dağlıq rayonlarda qar yağacaq  |     21:38 “Gələn il bu proqrama cəlb olunanların sayı 100 minə çatacaq”  |     21:31 Naxçıvanın Təcili-Tibbi Yardım Xidməti 5000 manat cərimələnə bilər  |     21:26 "Ucuzluq Univermağ"a 70 min "atıb" "TikTok"da xərclədi  |     21:19 Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? (AÇIQLAMA)  |     21:14 Azərbaycanda ən yaşlı və ən gənc rektorlar (SİYAHI)  |     21:07 Putin Trampı ağıllı və təcrübəli siyasətçi adlandırıb  |     20:59 Cəlilabadın 24 kəndində qazın verilişi bərpa olunub  |     20:52 Bakıda Ukrayna Kino Günləri keçirilir  |     20:47 "Bavariya" klubu PSJ-dən üzr istəyib  |     20:39 Azərbaycan və İran hərbçilərinin birgə təlimi başa çatıb  |     20:32 “BakuBus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır  |     20:26 "Kartdan karta" üsulu ilə işləyən daha 314 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     20:21 Ordubadda hərbi sursat aşkar edilib  |    

Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? (AÇIQLAMA)

Məşhur geyim və moda brendi "Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv edib.

Dövlət Vergi Xidmətinin məlumatına görə, "Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edib.

Azərbaycanda 2013-cü ildə dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır. Şirkətin nizamnamə kapitalı isə 4 milyon 350 min avrodur.

"Christian Dior Couture” Azərbaycandakı şirkətini ləğv etməsinin səbəbləri nədir?

İqtisadçı Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, istəlinən şirkət hansısa bazarda müxtəlif səbəblərdən biznesini artıra da, azalda da bilər:

"Hətta yeri gəlsə bağlaya da bilər. "Christian Dior" məhsullarını rahat şəkildə Azərbaycana ixrac edir. Ona görə də düşünür ki, burada onun müəssisəsinin olmasının hər hansı faydası və əhəmiyyəti olmaya bilər".

Konkret şirkətin niyə bağlanmasına gəlincə, Xalid Kərimli bunun iqtisadi-siyasi əsaslandırılmasının mövcud olmadığını deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            96 28.11.24 21:19