“Gələn il bu proqrama cəlb olunanların sayı 100 minə çatacaq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:01 Qazaxıstan XİN: Suriya üzrə danışıqların Astana formatının taleyi sual altındadır  |     19:54 Türkiyənin Gürcüstanla sərhəd bölgəsində torpaq sürüşməsi olub, magistral yol bağlanıb  |     19:45 Bu həftə səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır  |     19:39 "Botafoqo" klubu 29 ildən sonra Braziliya çempionu olub  |     19:32 Sumqayıtda 75 yaşlı piyadanı avtomobil vuraraq öldürüb  |     19:18 Konqoda 30-dan çox insan naməlum xəstəlikdən ölüb  |     19:11 Qebreyesus: ÜST Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir  |     19:03 Meksika aviaşirkətinin sərnişini təyyarəni qaçıraraq ABŞ-yə uçmağa cəhd edib  |     19:01 Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarında olub  |     18:54 Müdafiə Nazirliyi partlayış səsləri ilə bağlı MƏLUMAT YAYDI  |     18:29 35 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan şəxslər İFŞA OLUNDULAR  |     18:14 Sabah iki rayonda işıq olmayacaq  |     18:11 Gəncədə 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU  |     18:09 ADY bayram günlərində qatarların hərəkət cədvəlinə dəyişikliklər edir  |     18:05 Bakıda şirkətdən 23 min manat oğurlanıb  |     18:00 Sumqayıtdakı partlayışda vəfat edən ata və oğlunun fotosu yayıldı - FOTO  |     17:54 Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI (YENİLƏNİB)  |     17:51 Suriya hava məkanının bağlanması tarixi uzadıldı  |     17:48 Dmitri Peskov Bəşər Əsədə sığınacaq verilməsi qərarı barədə danışdı  |     17:46 Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar dəyişir  |    

“Gələn il bu proqrama cəlb olunanların sayı 100 minə çatacaq”

“Biz bu ilin sonuna 92 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını hədəfləmişik”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

Nazir müavini qeyd edib ki, ünvanlı yardımla bağlı proseslər Nazirlik tərəfindən tam şəffaf şəkildə reallaşdırılır:

“Tək ünvanlı sosial yardım yox, həm əlillik təyinatı, həm məşğulluqla bağlı məsələlər, bu sahədə geniş tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, biz DOST konsepsiyası çərçivəsində DOST modelinin qurulmasına, xidmətlərimizin elektronlaşmasına nail olmuşuq. Bu gün qabaqcıl Avropa ölkələri gəlib bizdən bu modelləri öyrənirlər və yüksək qiymətləndirirlər.

Biz bu ilin sonuna 92 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını hədəfləmişik. 2025-ci ildə isə bu proqrama cəlb olunanların sayı 100 minə çatacaq.

Biz bu proqramlar vasitəsilə vətəndaşların kiçik təsərrüfatlarının, mikrobizneslərinin yaradılmasını hədəfləmişik. 30-dək fəaliyyət istiqaməti üzrə tədbir həyata keçirilib. Paylanan aktivlərin keyfiyyətinə Nazirlik tərəfindən ciddi nəzarət edilir, onlara zəmanət verilir, bütün müqavilələr, təhvil-təslim aktları, şəkillər, videoçəkilişlər şəffaflığın təmin olunması üçün hələ 2000-ci ilin əvvələrindən, 2019-cu ilin sonlarından Nazirliyin saytına yerləşdirilir və geniş ictimaiyyətə təqdim olunur. Dünya Bankı tərəfindən Azərbaycanın özünüməşğulluq proqramı xüsusi mükafata layiq görülüb”, - deyə nazir müavini bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            180 28.11.24 21:38