“BakuBus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:36 ABŞ səfiri Gəncədə Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib  |     20:30 KİV: Suriyada qadınların hicab taxmağa məcbur edilməsi qadağan olunub  |     20:23 Ötən həftə azad olunan torpaqlarda 768,4 hektar ərazi minalardan təmizlənib  |     20:18 KİV: Suriyanın bəzi şəhərlərində komendant saatı tətbiq edilib  |     20:09 Sumqayıtda qadının yeddi min manatı oğurlanıb  |     20:01 Qazaxıstan XİN: Suriya üzrə danışıqların Astana formatının taleyi sual altındadır  |     19:54 Türkiyənin Gürcüstanla sərhəd bölgəsində torpaq sürüşməsi olub, magistral yol bağlanıb  |     19:45 Bu həftə səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır  |     19:39 "Botafoqo" klubu 29 ildən sonra Braziliya çempionu olub  |     19:32 Sumqayıtda 75 yaşlı piyadanı avtomobil vuraraq öldürüb  |     19:18 Konqoda 30-dan çox insan naməlum xəstəlikdən ölüb  |     19:11 Qebreyesus: ÜST Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir  |     19:03 Meksika aviaşirkətinin sərnişini təyyarəni qaçıraraq ABŞ-yə uçmağa cəhd edib  |     19:01 Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarında olub  |     18:54 Müdafiə Nazirliyi partlayış səsləri ilə bağlı MƏLUMAT YAYDI  |     18:29 35 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan şəxslər İFŞA OLUNDULAR  |     18:14 Sabah iki rayonda işıq olmayacaq  |     18:11 Gəncədə 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU  |     18:09 ADY bayram günlərində qatarların hərəkət cədvəlinə dəyişikliklər edir  |     18:05 Bakıda şirkətdən 23 min manat oğurlanıb  |    

“BakuBus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

Bakı-Bərdə, Bakı-Mingəçevir, Bakı-Tərtər, Bakı-Zaqatala və Bakı-"Sınıq Körpü" (Qazax sərhəd-keçid məntəqəsi) şəhərlərarası marşrut xətləri üzrə səfərlər dekabrın 1-dən “BakuBus” MMC-nin “Neoplan” markalı avtobusları ilə həyata keçiriləcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması AYNA tərəfindən daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqədə balanslarında müasir və daha yeni avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər.

Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            273 28.11.24 20:32