Ermənistanda Koçaryana qarşı yeni ittihamlar irəli sürülüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:47 "Kartdan-karta" üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     15:28 Azarkeşlər "Qarabağ"ı və "Sumqayıt"ı ziyana saldılar  |     14:37 Bu gün keçiriləcək görüşləri hansı kanallardan izləmək olar? (ANONS)  |     14:34 "Plato Capital and Co. İnvestisiya Şirkəti"nin lisenziyası ləğv olunub  |     14:28 Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarıldı - ŞOK QİYMƏT (FOTO)  |     14:24 Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR  |     14:18 Bu ərazilərdə ev və mənzil qiymətləri arta bilər - VİDEO  |     14:09 Son günlər metroda nə baş verir? - VİDEO  |     14:08 Bakıda 2 qadın faciəvi şəkildə həlak oldu (FOTO)  |     14:04 Azərbaycan neftinin qiyməti 76 dolları ötdü  |     13:55 Yaxın qohumlar aldanaraq yarım milyon manata yaxın pulu itirdilər  |     13:35 Azərbaycanın Baş naziri Moskvada Heydər Əliyevin xatirəsini anıb  |     13:21 Ağdaşda FACİƏ: Kanalda boğulan şagirdin MEYİTİ TAPILDI (YENİLƏNİB)  |     13:19 DİN rəhbərliyi Ulu Öndərin məzarını ziyarət etdi - FOTO / VİDEO  |     13:15 Vətəndaşların ad-soyadlarını qanunsuz dəyişən rəisə 9 il həbs cəzası verildi  |     13:09 Səhiyyə Nazirliyi: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı üç dəfə artıb  |     13:02 Sumqayıtda əl qumbarası tapılıb  |     12:48 Erməni neonasistləri ölkədə öz reyxlərini qurmaq istəyirlər  |     12:47 Moskvada MDB və Aİİ ölkələrinin baş nazirlərinin iclası keçirilir (YENİLƏNİR)  |     12:38 Leyla Əliyeva ulu öndərlə bağlı paylaşım edib - VİDEO  |    

Ermənistanda Koçaryana qarşı yeni ittihamlar irəli sürülüb

Ermənistanın Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Koçaryanı (1998-2008) və Ermənistan ordusunun sabiq baş qərargah rəisi, KTMT-nin keçmiş baş katibi, eləcə də İrəvan qarnizonunun keçmiş rəisi Yuri Xaçaturovu vəzifə səlahiyyətlərini aşmaqda və səhlənkarlığa görə ağır nəticələrə səbəb olmaqda ittiham edib.

Bu barədə TASS məlumat yayıb.

Söhbət 2008-ci il martın 1-də İrəvanda təhlükəsizlik qüvvələri ilə müxalifət arasında toqquşmaların baş verdiyi, 10 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı hadisələrdən gedir. Keçmiş prezident və paytaxt qarnizonunun keçmiş rəisi artıq bu cinayət işi üzrə təqsirləndirilib, onlara qarşı "konstitusiya quruluşunu devirmək" ittihamı irəli sürülüb, lakin Ermənistan Konstitusiya Məhkəməsi 2021-ci ildə bu qərarın Konstitusiyaya zidd olduğunu bildirib.

Bu ilin sentyabrında Ermənistan Kassasiya Məhkəməsi bu cinayət işinin ölkənin Cinayət Məcəlləsinin müxtəlif maddələri əsasında davam etdirilməsi barədə qərar qəbul edib.

Sabiq prezidentin özü jurnalistlərə açıqlamasında bu məhkəmə prosesini "ədalətə qarşı zorakılıq" kimi qiymətləndirdiyini bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            201 28.11.24 18:53