"Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Bu il müharibə zonalarında 42 jurnalist öldürülüb  |     22:34 FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     22:23 Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü  |     22:07 Havalar get-gedə soyuyur: avtomobiliniz qış şəraitinə hazırdırmı?  |     22:00 Bakıda obyektdən 5500 manat oğurlayan uşaqlar tutuldu  |     21:55 Hippokratdan "İmmunitet" içkisi - Resept  |     21:46 Kürdəmirdə traktor yanıb  |     21:40 “İlin adamı” seçildi  |     21:31 Qırğızıstan himnini dəyişir  |     21:25 Laboratoriyada 15 dəqiqəyə almaz istehsal edildi: Bu, necə baş verdi?  |     21:18 Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib  |     21:11 Bu iki ölkə də yanvarın 1-dən Şengenə qoşulacaq  |     21:05 Keçi pendiri niyə bahadır? (AÇIQLAMA)  |     20:57 Bu günədək bələdiyyə seçkilərinə neçə şəxs namizəd olub?  |     20:52 Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir  |     20:44 Azərbaycanda ən çox əməkhaqqını onlar alır  |     20:39 Argentinanın məşhur kanalı Messinin Bakı səfərini paylaşdı (FOTO)  |     20:31 Azərbaycanda ata oğlunu məhkəməyə verdi - Mandarinə görə  |     20:25 İran sanksiyalar ləğv edilmədən nüvə obyektlərində intensiv yoxlamalara icazə verməyəcək  |     20:17 AZAL apreldə Bakı-Səmərqənd-Bakı uçuşlarını bərpa edəcək  |    

"Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi

Külli miqdarda mənimsəmədə ittiham olunan, MN-nin sabiq əməkdaşı, "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə qarşı iddiaçı olan bankın, kredit əməliyyatlarında iştirak edən əməkdaşları şahid qismində ifadə veriblər. Şahid Xamis Süleymanov "AtaBank"ın əməkdaşı olduğunu təsdiqləyərək, təqsirləndirilən Zahid Niftəliyevi şəxsən tanımadığını bildirb:

"Mən bankdakı əməliyyatlar zamanı heç bir müştərini görə bilmirəm. Xəzinədən vəsaitlərin çıxarılmasında iştirak etmişəm. Zahid Niftəliyevə ayrılmış puldan da xəbərim olmayıb. İnkassatorda çalışmışam. Qardaşım Xəyyam isə əməliyyat kassasında işləyib. Mənim işim pulların yüklənməsi, sayılması və terminallara yüklənməsi olub".

Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyyət təşkil etdiyi üçün istintaqa verdiyi ifadə elan olunub.

Xamiz Süleymanov istintaqdakı ifadəsində bildirib ki, bankın zirzəmisində çalışıb:

"Zirzəmidə iki pul seyfi olub. Birinci seyf normal əməliyyatlar üçün nəzərdə tutulmuşdu. İkinci seyf isə qeyri-rəsmi ayrılan pullar olub. Həmin seyfə Mahir Rəfiyev və Fazil Məmmədovun tapşırığı olmadan əl vurulmayıb. Kiməsə oradan pul verilirdisə, bu barədə Mahir Rəfiyev birbaşa özü tapşırıq verirdi. Özlərinə də pul lazım olanda mən həmin seyfdən pulu götürüb Mahir Rəfiyevin Vergilər Nazirliyində olan otağında köməkçisinə vermişəm. Həmin qeyri-rəsmi kassaya gələn pulların mənbəyini bilməmişəm. Mənə tapşırıq verilib, mən də icra etmişəm".

Prosesdə şahid qismində ifadə verən növbəti xəzinədar Süleymanov Xəyyam Vaqif oğlu bildirib ki, təqsirləndirilən şəxs Zahid Niftəliyevi tanıyır:

"Bir neçə dəfə məhkəmələrdə və bankda görmüşəm. Mən bankda xəzinədar işləmişəm. Məbləğ sifariş olunub, çekin yiyəsi Zahid Niftəliyev olub. Həmin çekdə 7 milyon nə qədərsə yazılmışdı. Bu şəxs çeki imzalayıb. Yəqin ki, edib də, mənim dəqiq yadımda qalmayıb. Zahid Niftəliyev özü alıb, başqa mümkün deyil kimsə alsın. Qol çəkdi, özü götürdü. Sonra həmin sənədi kassa sənədlərinə tikmişəm. Zahid müəllimə bir dəfə pul vermişəm, onunla heç bir ünsiyyətim olmayıb. Yanında kənar şəxslərin olmasını xatırlamıram. Hüquqi şəxslər şöbəsindən bilirlər ki, kassada o qədər pul var, ya yox. Yoxdursa, sifariş edirik. Onun həmin məbləği nə ilə aparmasını xatırlamıram. Təqsirləndirilənin vəkili Əli Adıgözəlovun "Zahid Niftəliyevi neçə dəfə görmüsən?", - sualına Xəyyam Süleymanov "Bir dəfə görmüşəm, qalan yadımda deyil", - cavabını verib.

Vəkil Əli Adıgözəlov "Siz Zahid Niftəliyev, Xəyyam Süleymanovdan 7 milyon 350 min pul götürmüsüzmü?", - soruşub.

Təqsirləndirilən şəxs Zahid Niftəliyev "Mən bu şəxsi ümumiyyətlə görməmişəm. Sənin Xəyyam Süleymanov, Allahın varsa, insafın varsa, düzünü danış", - deyib

Şahid Xəyyam Süleymanov "Mən Zahid Niftəliyeva çek gəlib, vermişəm. Digər dediyiniz xüsusi külli miqdarda məbləğ yadıma gəlmir", - deyib.

Məhkəmənin növbəti prosesi dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, Zahid Niftəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z.Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq "AtaBank"dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə "Şahin-CO" adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Onun barəsində CM-nin 179.3.2 maddəsi ilə cinayət işi açılaraq, toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            309 27.11.24 21:43