Mojo.az Banner
23:03 “Oskar” qaydaları dəyişir  |     22:56 Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”  |     22:51 Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA  |     22:37 Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:29 Azərbaycanlı işsizlər daha çox hansı ölkələrə səfər edib?  |     22:23 Sabahın hava proqnozu: 23 dərəcə isti olacaq  |     22:18 Aptekdə yoxlama - Vaxtı keçmiş dərmanlar satılıb  |     22:10 Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs tutuldu  |     22:01 Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıb  |     21:56 QR kodları nə qədər təhlükəsizdir?  |     21:51 Dünya yeni pandemiyanın astanasındadır? - ÜST-dən açıqlama  |     21:43 Şirkətin ərazisində hasarlama aparan şəxs cəzalandırıldı  |     21:38 İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək  |     21:32 Baş Prokurorluqdan təkzib: Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib  |     21:24 Türkmənistan Ermənistana yanacaq idxal edəcək  |     21:19 Bakıda "Baxmut qumbaraatanı"na hökm oxundu - ŞOK TƏFƏRRÜAT  |     21:11 Sakinlərin nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     21:05 48 il əvvəl çəkilmiş Azərbaycan filmi tapıldı - FOTOLAR  |     21:00 Gəncədə qızqaçırma zamanı 1 nəfər bıçaqlandı, 3 qadın döyüldü - Yenilənib  |     20:53 Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - Video  |    
Left Banner
Right Banner

2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı

05.07.2025 23:01 822
2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı
Texnoloji baxımdan inkişaf etmiş şəhər nə deməkdir? Artıq bu, nə müşahidə kameralarının sayı, nə də İT büdcəsinin böyüklüyü ilə ölçülür. Bu gün texnoloji liderlik - rəqəmsal həllərin real həyatın müxtəlif sahələrinə - nəqliyyat, səhiyyə, kommunal xidmətlər, idarəetmə və vətəndaşlarla qarşılıqlı əlaqə – uğurla inteqrasiya olunması ilə müəyyən edilir.

Qayanrinfo xəbər verir ki, rəqəmsal transformasiya və innovativ inkişaf üzrə ekspert İqor Zimin gazeta.ru-ya verdiyi müsahibəsində yaxın illərdə şəhər liderliyini müəyyən edəcək prinsipləri və bu sahədə artıq qlobal vektor yaradan şəhərləri açıqlayıb.

Liderliyin əsası: sinxronlaşdırılmış ekosistem

Ziminin sözlərinə görə, texnoloji liderlik — infrastruktur, rəqəmsal həllər, ixtisaslı mütəxəssislər və idarəetmədə siyasi iradənin bir ekosistem daxilində birləşdirilərək vətəndaşların xeyrinə işləməsidir.

"Rəqəmsal infrastruktur (optik kabellər, 5G, məlumat mərkəzləri) əsasdır. Lakin bu infrastruktur konkret məqsədlər və real tətbiq ssenariləri olmadan qurularsa, effekt verməyəcək. Tez-tez görürük ki, şəhərlərdə texniki infrastruktur qurulub, kameralar quraşdırılıb, lakin onlar arasında əlaqə və məqsəd yoxdur”, deyə ekspert bildirib.

Büdcə yox, strategiya və nəzarət vacibdir

Ziminin fikrincə, təkcə böyük maliyyə vəsaiti şəhəri "ağıllı” etmir. Əgər texnologiyalar gələcəyə dair plan və strategiya olmadan tətbiq edilirsə, sərf olunan pullar səmərəsiz xərclənə bilər. Buna görə əsas düzgün biznes-model, şəffaflıq və icraata nəzarətdir.

"Uğurlu rəqəmsal ekosistemin qurulmasında əsas amillərdən biri də — şəhər idarəçiliyində, İT xidmətlərində və podratçı təşkilatlarda peşəkar kadrların olmasıdır. Texnologiyalar sürətlə köhnəlir, lakin insan resursları dəyişən mühitə uyğunlaşma qabiliyyətinə malikdir”, deyə Zimin əlavə edib.

2030-cu ilə qədər texnoloji lider olmağa namizəd şəhərlər

Ekspertə görə, dünya üzrə texnoloji inkişafın vektorunu artıq müəyyən edən və 2030-cu ilədək liderliyə iddialı olan şəhərlər bunlardır:

Sinqapur – texnologiyalar burada "vahid pəncərə” prinsipi ilə idarəetməyə inteqrasiya edilib: şəhərsalma, nəqliyyat, səhiyyə və təhsildə rəqəmsal dövlət modeli tətbiq edilir. Bütün xidmətlər standart olaraq rəqəmsaldır.

Toronto – burada "Google Sidewalk Labs” şəhər axınlarının idarəsi, pilotsuz nəqliyyat vasitələri və tam rəqəmsal infrastruktur üzrə eksperimentlər aparır.

Helsinki – ekologiya, nəqliyyat, büdcə və şəhər qərarlarına dair bütün məlumatlar açıq və hər bir vətəndaşa başadüşüləndir. Bu şəffaflıq vətəndaşların rəqəmsallaşmaya olan inamını gücləndirir.

"Bu şəhərlərin iqlimi, büdcəsi və şəraiti fərqli olsa da, bir ortaq cəhətləri var: onlar texnologiyanı əsas deyil, insan yönümlü xidmətlərin vasitəsi kimi görürlər. 2030-cu il üçün texnoloji liderlik — məhz texnologiyanı gündəlik, rahat və əlçatan həyatın bir hissəsinə çevirmək bacarığıdır”, deyə Zimin vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner