Mojo.az Banner
22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan aeronaviqasiyasında müasir rəqəmsal həllər tətbiq edilir

09.07.2021 19:18 1 530
Azərbaycan aeronaviqasiyasında müasir rəqəmsal həllər tətbiq edilir
“Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) “yer-hava” sistemi üzrə məlumat ötürülməsinin təmin edilməsi üçün yeni ATC Data Link rəqəmsal həllinin tətbiqini başa çatdırıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, AZANS regionda pilot və dispetçer arasında rabitəni (məlumat mübadiləsini) təmin etmək üçün nəzərdə tutulmuş D-ATIS, D-VOLMET, DCL və CPDLC kimi müasir rəqəmsal texnologiyalardan istifadə edən ilk hava hərəkətini idarəetmə mərkəzi oldu.

Yeni həllər eyni zamanda meteoroloji məlumatların və digər vacib aviasiya məlumatlarının Azərbaycanın hava məkanından istifadə edən bütün aviaşirkətlərin hava gəmilərinə ötürülməsinə imkan verir.

Tətbiq olunan sistem vasitəsilə aviaşirkətlər həmçinin dünyanın istənilən nöqtəsində Azərbaycanın aviasiya məlumatlarını rəqəmsal formada tez bir zamanda əldə edə biləcəklər. Yuxarıda sadalanan rəqəmsal həllər inkişaf etmiş ölkələrin aeronaviqasiya sənayesində geniş tətbiq olunur və proseslərin avtomatlaşdırılması sayəsində hava məkanının buraxılış qabiliyyətinin artırılmasına imkan yaradır.

Bu cür həllərin əhəmiyyətli üstünlüklərindən biri də insan amilinə görə baş verən səhvlərin minimallaşdırılmasıdır və bu səbəbdən də uçuşların təhlükəsizliyinə müsbət təsir göstərəcək.

Yeni texnologiyaların tətbiqi Avropa səmasında aeronaviqasiya xidmətlərini yaxşılaşdırmaq və hava axınlarını optimallaşdırmaq məqsədi daşıyan ICAO-nun qlobal GANP planı və Avropa baş planı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, sistem ICAO-nun standartlarına və Azərbaycanın mülki aviasiyası sahəsində tənzimləyici sənədlərə tam uyğundur. “Azərbaycan Hava Yolları” QSC və “Azəraeronaviasiya” HHİ uçuşların təhlükəsizliyinin artırılmasına və yeni aviaşirkətlərin regiona cəlb edilməsinə yönəlmiş ən müasir həllərin qabaqcıl inteqratoru olmaqda davam edir.скачать dle 11.3
Mojo.az Banner