Bakıda kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Bu il müharibə zonalarında 42 jurnalist öldürülüb  |     22:34 FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     22:23 Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü  |     22:07 Havalar get-gedə soyuyur: avtomobiliniz qış şəraitinə hazırdırmı?  |     22:00 Bakıda obyektdən 5500 manat oğurlayan uşaqlar tutuldu  |     21:55 Hippokratdan "İmmunitet" içkisi - Resept  |     21:46 Kürdəmirdə traktor yanıb  |     21:40 “İlin adamı” seçildi  |     21:31 Qırğızıstan himnini dəyişir  |     21:25 Laboratoriyada 15 dəqiqəyə almaz istehsal edildi: Bu, necə baş verdi?  |     21:18 Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib  |     21:11 Bu iki ölkə də yanvarın 1-dən Şengenə qoşulacaq  |     21:05 Keçi pendiri niyə bahadır? (AÇIQLAMA)  |     20:57 Bu günədək bələdiyyə seçkilərinə neçə şəxs namizəd olub?  |     20:52 Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir  |     20:44 Azərbaycanda ən çox əməkhaqqını onlar alır  |     20:39 Argentinanın məşhur kanalı Messinin Bakı səfərini paylaşdı (FOTO)  |     20:31 Azərbaycanda ata oğlunu məhkəməyə verdi - Mandarinə görə  |     20:25 İran sanksiyalar ləğv edilmədən nüvə obyektlərində intensiv yoxlamalara icazə verməyəcək  |     20:17 AZAL apreldə Bakı-Səmərqənd-Bakı uçuşlarını bərpa edəcək  |    

Bakıda kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO

Bakı şəhərinin müxtəlif ərazilərində silsilə dələduzluq cinayətləri qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edən şəxs onlayn yolla sifariş verdiyi qida və digər məhsulları ünvana çatdıran kuryerlərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirib. O, bu yolla 10-dan çox şəxsə külli miqdarda maddi ziyan vurub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməllərini törədən 1991-ci il təvəllüdlü Elçin Məmmədov saxlanılıb. Onun üzərindən şəxsi istifadə üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədovun dələduzluq əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            159 28.11.24 17:01