Aygünün yeni mahnısının müəllifi İsmayıl Əsədov: Oxşarlıq ola bilər, plagiat isə əsla » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:43 "Baku Steel Company" şirkətində Rasim Məmmədovdan sonra da üç milyonluq yeyinti olub  |     17:25 Xəzər dənizində zəlzələ olub  |     17:08 Yasamal rayonunun 4 küçəsində qaz olmayacaq  |     17:01 Bakıda kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO  |     16:57 FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu  |     16:55 Bazarlarda sahibkarlar vergi orqanında uçotda olmalıdır, əks halda 6 000 manatadək sanksiya  |     16:27 Azərbaycanın dövlət borcu açıqlanıb  |     16:15 Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ  |     15:46 Qol güləşi üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək  |     15:31 Tovuzdakı dəhşətli qəzada ölən hərbçilərə şəhid statusu veriləcək?  |     15:29 Azərbaycanda sahibkarları şantaj edən sayt rəhbərləri həbs edildilər  |     15:22 Ərəb qızı "Miss Planet-2024"ün qalibi oldu - BƏƏ tarixində ilk (FOTO / VİDEO)  |     15:19 Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında  |     15:11 Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkum apellyasiya şikayəti verdi  |     14:29 Pensiya yaşı azaldılacaq? - Komitə sədri cavab verdi  |     13:03 Bakıda itən 13 yaşlı oğlan tapılıb (YENİLƏNİB)  |     12:59 Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi  |     12:55 Antalyada yanan təyyarənin sərnişinlərini xilas edən azərbaycanlı aviaşirkətdən şikayətçidir  |     12:49 Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verildi  |     12:43 Lamiyə Vəliyeva akfrikalı idmançı ilə ailə həyatı qurur - FOTO  |    

Aygünün yeni mahnısının müəllifi İsmayıl Əsədov: Oxşarlıq ola bilər, plagiat isə əsla

Xalq artisti Aygün Kazımovanın ifa etdiyi “Ehtiyacım var” mahnısının plagiat olması ilə bağlı müzakirələr sosial mediada geniş yayılıb.

İddiaya görə Xalq artistinin ifa etdiyi sözügedən mahnı gənc və istedadlı müğənni Xəyalın “Ürəyimi yarma” mahnısı ilə birə-bir oxşarlıq təşkil edib, yəni plagiyatdır.



Hər iki əsərin müəllifi bəstəkar İsmayıl Əsədovun olması isə bundan öncə Aygün Kazımova ilə Rəqsanə İsmayılova arasında “Hardasan” mahnısını qalmaqalını yenidən gündəmə gətirib.

Bir sözlə, tarix yenidən təkaralanıb.

Hər iki mahnı ətrafında yaranmış qalmaqala və söz-söhbətlərə son qoymaq üçün Oxu.Az-ın əməkdaşı əsərlərin müəllifi İsmayıl Əsədovla əlaqə saxlayıb.

O, hadisədən əsəbləşdiyini bildirərək, mahnıların plagiat yox, oxşarlıq təşkil etdiyini bildirib:

“Bu ağılsız qərarı kim verib? Bir atadan, bir anadan olan iki uşaq bir-birinə bənzəyir. Hər iki əsər mənə məxsusdur. Hardasa oxşaya bilər. Plagiat isə ola bilməz. Belə çıxır ki, mən özüm özümdən oğurlamışam? Bu, mənim dəst-xəttimdir.

Əgər mən hansısa bəstəkarın mahnısını götürüb, üstünə eyni harmoniyaları və eyni kantaları əlavə etsəydim bu olacaqdı plagiat.

Plagiat oğurluq deməkdir. Mən hələ indiyə kimi heç kimin mahnısına ehtiyacım olmayıb ki, kimdənsə nəsə oğurlayım. Çox xahiş edirəm bunlara diqqət yetirsinlər. Əsərlərim mənim balalarımdır. Onlar bir-birinə bənzəməlidirlər də. Kiminsə əsərini götürüb yazmıram ki”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 205 15.11.19 21:46