Aygün Kazımova ölüm ayağında olan məhbus qardaşına baş çəkdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:51 Nəbatət Bağına giriş BU QİYMƏTƏ olacaq  |     17:43 "Baku Steel Company" şirkətində Rasim Məmmədovdan sonra da üç milyonluq yeyinti olub  |     17:25 Xəzər dənizində zəlzələ olub  |     17:08 Yasamal rayonunun 4 küçəsində qaz olmayacaq  |     17:01 Bakıda kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO  |     16:57 FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu  |     16:55 Bazarlarda sahibkarlar vergi orqanında uçotda olmalıdır, əks halda 6 000 manatadək sanksiya  |     16:27 Azərbaycanın dövlət borcu açıqlanıb  |     16:15 Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ  |     15:46 Qol güləşi üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək  |     15:31 Tovuzdakı dəhşətli qəzada ölən hərbçilərə şəhid statusu veriləcək?  |     15:29 Azərbaycanda sahibkarları şantaj edən sayt rəhbərləri həbs edildilər  |     15:22 Ərəb qızı "Miss Planet-2024"ün qalibi oldu - BƏƏ tarixində ilk (FOTO / VİDEO)  |     15:19 Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında  |     15:11 Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkum apellyasiya şikayəti verdi  |     14:29 Pensiya yaşı azaldılacaq? - Komitə sədri cavab verdi  |     13:03 Bakıda itən 13 yaşlı oğlan tapılıb (YENİLƏNİB)  |     12:59 Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi  |     12:55 Antalyada yanan təyyarənin sərnişinlərini xilas edən azərbaycanlı aviaşirkətdən şikayətçidir  |     12:49 Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verildi  |    

Aygün Kazımova ölüm ayağında olan məhbus qardaşına baş çəkdi - FOTO

Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Aygün Kazımova orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkib.

Median.Az
"Yeni Müsavat"a istinadən xəbər verir ki, bu haqda Kazım Kazımzadənin oğlu Ələsgər Kazımzadə məlumat verib.

"Atam 2018-ci ildən müalicə müəssisəsində saxlanılır. Onu ötən il müayinə etdilər. Məlum oldu ki, 3-cü dərəcəli xərçəngdir. O vaxtdan müalicə müəssisəsinə köçürüblər, orada saxlayırlar. Atam əməliyyat olunmalıdır. Müalicə müəssisəsində isə belə bir imkan yoxdur. Xəstəliyə qədər atamın 80 kiloqram çəkisi vardı, hazırda 40 kiloqrama qədər arıqlayıb, ağzından qan gəlir, artıq danışa da bilmir. Biz dəfələrlə müraciət etmişik ki, atamı azad etsinlər, onu əməliyyat etdirək. Məktublar yazmışıq. Amma baxan yoxdur. Məcbur qalıb saytlara da, qəzetlərə də müraciət etdik" deyə, Ə.Kazımzadə bildirdi.

Onun sözlərinə görə, bibisi Aygün Kazımova qardaşının ölüm ayağında olmasını mətbuatdan xəbər tutub:

"Bizim onunla əlaqəmiz yoxdur. İndi elə vəziyyətdir ki, hər yerə əl atırıq ki, atamı xilas edək. Mən rayondaydım, bu gün Bakıya gəlmişəm. Dedilər ki, bibim ora gedib, əsəbiləşib. Biz istəyirik ki, atamı azad etsinlər, müalicə edək. Orada müalicə üçün imkanlar yoxdur".

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 280 15.11.19 20:04