Xeyriyyəçiliklə məşğul olan, əslən azərbaycanlı, Rusiyada yaşayan məşhur videobloqer Hüseyn Həsənov təqdirəlayiq addımı ilə gündəmə gəlib.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, Hüseyn Afrikanın ən acınacaqlı bölgələrindən birinə səfər edib.
O, komandası ilə birlikdə aclıqdan və susuzluqdan əziyyət çəkən insanlara yardım göstərib.
Şəxsi “İnstagram” hesabında hər addımını video çəkərək “Hekayə” bölməsinə yükləyən Hüseyn ərzaq və qida məhsulları alaraq insanların evlərinə üz tutub və aldıqlarını onlarla bölüşüb.
Qeyd edək ki, o, Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir. Onun 12 milyondan çox “İnstagram” izləyicisi var.
Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.