Rus rəqs meydanlarını hitləri ilə “uçuran” əslən azərbaycanlı musiqiçilər “HammAli & Navai”nin yazdırdıqları mahnılar Rusiyada platin mükafatına layiq görülüb.
İfaçılar “İnstaqram” sosial şəbəkəsindəki hesablarında növbəti yaradıcılıq uğurlarından danışaraq özlərini “platin oğlanlar” adlandırıblar. Onların üç sinqlı “Müharibə qızı”, “Sənsiz mən deyiləm” və “Sən gecə zəng et” platin mükafatı alıb.
Xatırladaq ki, dinləyicilər tərəfindən 100.000 dəfə satın alınan sinqllar Rusiyada vahid platin statusuna laiq görülür. Üç sinql Xalq artisti Emin Ağalarov tərəfindən təsis edilən “Zhara Music” musiqi leyblı altında işıq üzü görüb.
2018-ci ilin avqustunda “HammAli & Navai”inin oxuduqları “Məni rəqs meydançasına buraxın” adlı hitin daxil olduğu “Janavi” adlı albom satış üzrə platinum statusu almışdı.
Qeyd edək ki, repçilər HammAli (Alexander Əliyev) və Navaidən (Nəvai Bəkirov) ibarət ikili Rusiyada ən populyar qruplardan biridir. Əslən azərbaycanlı olan məşhurlar Rusiyada yaşayır və orada musiqi fəaliyyəti ilə məşğul olurlar.
Musiqiçilər məşhurluğu 2017-ci ildə əldə edib. Onların ilk hitləri olan “Пустите меня на танцпол” Rusiyanın ən çox dinlənilən 20 mahnısı sırasına daxil edilib. Duetin ən son hit mahnısı olan “Let Me On The Dance Floor” “YouTube”da 90 milyon baxış toplayıb.