Müğənni Fədayə Laçın azadlığa çıxması münasibətilə yığıncaq təşkil edib.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt məkanlarının birində keçirilən gecədə sənət dostları Fədayəni tək qoymayıb. Müğənni uzun fasilədən sonar səhnəyə də çıxıb.
Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca” ləqəbli kriminal aləm üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.