Prezident İlham Əliyev Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:17 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     19:10 Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi  |     19:00 Prokurorluqdan Sənan Mehdiyevin həbsi ilə bağlı məlumat  |     18:54 Göyçayda tələbələrin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB-2  |     18:42 Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi  |     18:26 Elsun Əhmədov külli miqdarda RÜŞVƏT ALIBMIŞ  |     18:15 Rüsvayedici xəbərlər yayıb, silinməsi üçün pul tələb edən sayt rəhbərinə hökm oxundu  |     17:53 Rövşən Əsgərov Rusiyada ekstremistlərin siyahısına  |     17:47 Bu lombardın meneceri həbs edildi - Özünə kreditlər ayırıb  |     17:40 Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb  |     17:12 "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına rəsmi start verildi  |     17:00 İran Ali məhkəməsi Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiqləyib  |     16:30 Bakıda qəzalı binaya sahib çıxan yoxdur - Sakinlər evlərində gecələməkdən qorxurlar - VİDEO  |     16:27 Ov mövsümü açıq elan edilib  |     15:50 Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadıldı  |     15:30 On min manatadək QƏNAƏT: Füzulidə bəzi yas mərasimləri LƏĞV OLUNUB  |     15:10 Gələn aydan daha bir müavinətin məbləği artacaq - Deputat AÇIQLADI  |     15:03 İranda hərbi təyyarə qəzaya uğrayıb  |     14:29 Vətəndaşları videolarını yayacağı ilə hədələyib pul tələb edən kanal rəhbəri saxlanılıb  |     14:17 İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ  |    

Prezident İlham Əliyev Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşüb.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulanıb.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.

Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            129 22.01.25 16:50