Vətəndaşlardan daxil olan müraciətlər əsasında saxlanılan Dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Median.Az APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlərə Məhkəməsində hökm oxunub.
Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ərşad İbrahimov səkkiz il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Ərşad İbrahimov 2023-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq barəsində həbs qətimkan tədbiri seçilib.