Göyçayda tələbə qızların zəhərlənməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:12 "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına rəsmi start verildi  |     17:00 İran Ali məhkəməsi Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiqləyib  |     16:30 Bakıda qəzalı binaya sahib çıxan yoxdur - Sakinlər evlərində gecələməkdən qorxurlar - VİDEO  |     16:27 Ov mövsümü açıq elan edilib  |     15:50 Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadıldı  |     15:30 On min manatadək QƏNAƏT: Füzulidə bəzi yas mərasimləri LƏĞV OLUNUB  |     15:10 Gələn aydan daha bir müavinətin məbləği artacaq - Deputat AÇIQLADI  |     15:03 İranda hərbi təyyarə qəzaya uğrayıb  |     14:29 Vətəndaşları videolarını yayacağı ilə hədələyib pul tələb edən kanal rəhbəri saxlanılıb  |     14:17 İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ  |     13:48 Paşinyanın qaynının malikanəsi qarət edildi, o isə gizlətdi - SƏBƏB  |     13:22 Göyçayda tələbə qızların zəhərlənməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI (YENİLƏNİB)  |     13:05 Ağdaşda polisin narkotik əməliyyatında doqquz nəfər saxlanıldı  |     12:58 Ağdaşda uşağın üzərinə nərdivan aşıb: Azyaşlı ölüb  |     12:48 Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib  |     12:31 Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsi məhkəmə zalında həbs edildi  |     12:20 Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI  |     12:20 İmişlidə qəzada zərərçəkənləri DİN rəhbərliyi qəbul edib  |     12:17 Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb  |     12:06 Dövlətə xəyanətdə ittiham olunan şəxs hakim qarşısında  |    

Göyçayda tələbə qızların zəhərlənməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI (YENİLƏNİB)

Göyçay rayonunda beş tələbə qızın zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Göyçayda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

"Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə açıqlamada qeyd edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a verilən məlumata görə isə, Göyçayda zəhərlənən tələbələr evə buraxılıblar:

"Yanvarın 21-i, saat 13:00-da dörd nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar".

* * * * *

Göyçay rayonunda beş tələbə qız zəhərlənib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndikləri ehtimal olunur.

Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            225 22.01.25 13:22