İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:53 Rövşən Əsgərov Rusiyada ekstremistlərin siyahısına  |     17:47 Bu lombardın meneceri həbs edildi - Özünə kreditlər ayırıb  |     17:40 Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb  |     17:12 "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına rəsmi start verildi  |     17:00 İran Ali məhkəməsi Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiqləyib  |     16:30 Bakıda qəzalı binaya sahib çıxan yoxdur - Sakinlər evlərində gecələməkdən qorxurlar - VİDEO  |     16:27 Ov mövsümü açıq elan edilib  |     15:50 Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadıldı  |     15:30 On min manatadək QƏNAƏT: Füzulidə bəzi yas mərasimləri LƏĞV OLUNUB  |     15:10 Gələn aydan daha bir müavinətin məbləği artacaq - Deputat AÇIQLADI  |     15:03 İranda hərbi təyyarə qəzaya uğrayıb  |     14:29 Vətəndaşları videolarını yayacağı ilə hədələyib pul tələb edən kanal rəhbəri saxlanılıb  |     14:17 İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ  |     13:48 Paşinyanın qaynının malikanəsi qarət edildi, o isə gizlətdi - SƏBƏB  |     13:22 Göyçayda tələbə qızların zəhərlənməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI (YENİLƏNİB)  |     13:05 Ağdaşda polisin narkotik əməliyyatında doqquz nəfər saxlanıldı  |     12:58 Ağdaşda uşağın üzərinə nərdivan aşıb: Azyaşlı ölüb  |     12:48 Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib  |     12:31 Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsi məhkəmə zalında həbs edildi  |     12:20 Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI  |    

İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ

İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan məktəbli dünyasını dəyişib.

Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq verilib.

Qeyd olunub ki, "Yeni Klinika"ya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

"Yanvarın 18-də İmişli rayonu, Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq "Yeni Klinika"ya hospitalizasiya olunan azyaşlı qız həkimlərin çoxsaylı səyinə baxmayaraq, bu gecə saat 01:45-də ölüb.

Məlumata görə, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdi. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbi ilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Dövlət Yol Polisi əməkdaşının idarə etdiyi avtomobil xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəymişdi. Hadisə yerində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı.

Hadisə ilə bağlı cinayət işi açılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            285 22.01.25 14:17