Bu lombardın meneceri həbs edildi - Özünə kreditlər ayırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:48 “Kotlovan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”  |     20:38 Qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI  |     20:29 Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb  |     20:23 Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu  |     20:14 Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək  |     19:56 Bakı-Qazax yolunda qəza - Türkiyə vətəndaşı xəsarət aldı - FOTOlar  |     19:45 Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır  |     19:42 Məktəblərdə 5 gün dərs olmayacaq  |     19:32 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət  |     19:17 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     19:10 Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi  |     19:00 Prokurorluqdan Sənan Mehdiyevin həbsi ilə bağlı məlumat  |     18:54 Göyçayda tələbələrin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB-2  |     18:42 Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi  |     18:26 Elsun Əhmədov külli miqdarda RÜŞVƏT ALIBMIŞ  |     18:15 Rüsvayedici xəbərlər yayıb, silinməsi üçün pul tələb edən sayt rəhbərinə hökm oxundu  |     17:53 Rövşən Əsgərov Rusiyada ekstremistlərin siyahısına  |     17:47 Bu lombardın meneceri həbs edildi - Özünə kreditlər ayırıb  |     17:40 Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb  |     17:12 "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına rəsmi start verildi  |    

Bu lombardın meneceri həbs edildi - Özünə kreditlər ayırıb

“GL” Açıq Səhmdar Cəmiyyətinin (ASC) meneceri məhkəmə zalında həbs edilib. Buna səbəb menecerin öz çalışdığı müəssisədə rəsmi sənədləri saxtalaşdırması olub.

ASC bank olmayan kredit təşkilatıdır. ASC-nin Bakıda və bölgələrdə lombard kreditləri təklif edən bir neçə filialı var.

ASC-nin Şabran filialının meneceri olmuş Bəhram Orucəliyev ayrı-ayrı şəxslərin adına kredit rəsmiləşdirərək şəxsi ehtiyaclarına xərcləyib.

O, tanışlarının guya lombarda qızıl-zinət əşyaları qoyması ilə bağlı rəsmi sənədləri saxtalaşdırıb. Özündə olan qızıl-zinət əşyalarının fotosunu kredit sənədlərinin içərisinə yerləşdirərək baş ofisə göndərib. Sonra da onların adına ayrılan kreditləri şəxsən özü götürüb. Bununla da çalışdığı müəssisəyə 14 min manat maddi ziyan vurub.

O, bunun səbəbini son zamanlar maddi vəziyyətinin yaxşı olamaması ilə izah edib. Deyib ki, özünə kreditə ev alıb və ödənişini edə bilməyib. Buna görə də borclanıb.

ASC-nin baş ofisi araşdırma aparan zaman B.Orucəliyevin kreditlərin rəsmiləşdirildiyi tarixdə girov qoyulmuş qızılların çəkisi və növü barədə girova qoyulmuş qızıl aktlarına yalan məlumatlar daxil edilməklə adıçəkilən müştərilərə əsassız lombard krediti verildiyini müəyyən edib. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

B.Orucəliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıq edilib.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
//musavatскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            357 22.01.25 17:47