Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:38 Qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI  |     20:29 Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb  |     20:23 Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu  |     20:14 Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək  |     19:56 Bakı-Qazax yolunda qəza - Türkiyə vətəndaşı xəsarət aldı - FOTOlar  |     19:45 Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır  |     19:42 Məktəblərdə 5 gün dərs olmayacaq  |     19:32 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət  |     19:17 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     19:10 Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi  |     19:00 Prokurorluqdan Sənan Mehdiyevin həbsi ilə bağlı məlumat  |     18:54 Göyçayda tələbələrin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB-2  |     18:42 Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi  |     18:26 Elsun Əhmədov külli miqdarda RÜŞVƏT ALIBMIŞ  |     18:15 Rüsvayedici xəbərlər yayıb, silinməsi üçün pul tələb edən sayt rəhbərinə hökm oxundu  |     17:53 Rövşən Əsgərov Rusiyada ekstremistlərin siyahısına  |     17:47 Bu lombardın meneceri həbs edildi - Özünə kreditlər ayırıb  |     17:40 Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb  |     17:12 "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına rəsmi start verildi  |     17:00 İran Ali məhkəməsi Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiqləyib  |    

Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb

"Meymunçiçəyi virusuna qarşı peyvəndlər, ümumiyyətlə, çiçək xəstəliyinə qarşı hazırlanan peyvəndlərdən alınır, çünki iki virus genetik cəhətdən çox oxşardır".

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, Beynəlxalq səhiyyə təşkilatları tərəfindən aparılan araşdırmalar göstərir ki, çiçək xəstəliyinə qarşı hazırlanan vaksinlər həm də meymunçiçəyi xəstəliyinə qarşı effektiv qorunmanı təmin edir:

"Bu çiçək peyvəndləri eyni ailədən olan ortopoksvirusları hədəf aldığından, meymunçiçəyi virusuna qarşı immun reaksiyası da yarada bilər. Bu vaksinlər epidemiya riski olan ərazilərdə və ya virusa məruz qalma ehtimalı olan insanlarda qorunmanı təmin etmək üçün istifadə olunur. Peyvəndlər həm xəstəliyin yayılmasının qarşısını almaqda, həm də yoluxma halında xəstəliyin şiddətini azaltmaqda mühüm rol oynayır".

Mütəxəssis-ekspert bildirib ki, ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib:

"Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə isə, vaksinlər istehsal olunur və yalnız bu vaksin endemik ölkələrə paylanılır. Qeyd etmək lazımdır ki, Azərbaycan endemik ölkələr siyahısına daxil deyil".

Terapevt, xəstəliyin Qərbi Afrika ştamı, ümumiyyətlə, daha yüngül simptomlarla özünü göstərdiyini deyib.

"İmmun sisteminin vəziyyətindən və xəstənin yaşından asılı olaraq bəzi hallarda ağırlaşmalar ola bilər. Xəstəliyin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin böyüməsi və dəri səpgiləri daxildir. Bundan əlavə, virus tənəffüs yollarını yoluxdurarsa, pnevmoniya tənəffüs problemlərinə səbəb ola bilər. Xəstəliyin erkən diaqnozu və müvafiq tibbi yardım bu riski xeyli azaldır".

Z.Quliyev qeyd edib ki, immun sistemi zəif olan xəstələrdə, yanaşı xəstəliyi olan yaşlı insanlarda antiviral terapiya və dəstəkləyici müalicənin sürətlə başlaması vacibdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            258 22.01.25 17:40