On min manatadək QƏNAƏT: Füzulidə bəzi yas mərasimləri LƏĞV OLUNUB » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:40 Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb  |     17:12 "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına rəsmi start verildi  |     17:00 İran Ali məhkəməsi Azərbaycan səfirliyinə terror hücumu edən şəxs barəsində edam hökmünü təsdiqləyib  |     16:30 Bakıda qəzalı binaya sahib çıxan yoxdur - Sakinlər evlərində gecələməkdən qorxurlar - VİDEO  |     16:27 Ov mövsümü açıq elan edilib  |     15:50 Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadıldı  |     15:30 On min manatadək QƏNAƏT: Füzulidə bəzi yas mərasimləri LƏĞV OLUNUB  |     15:10 Gələn aydan daha bir müavinətin məbləği artacaq - Deputat AÇIQLADI  |     15:03 İranda hərbi təyyarə qəzaya uğrayıb  |     14:29 Vətəndaşları videolarını yayacağı ilə hədələyib pul tələb edən kanal rəhbəri saxlanılıb  |     14:17 İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ  |     13:48 Paşinyanın qaynının malikanəsi qarət edildi, o isə gizlətdi - SƏBƏB  |     13:22 Göyçayda tələbə qızların zəhərlənməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI (YENİLƏNİB)  |     13:05 Ağdaşda polisin narkotik əməliyyatında doqquz nəfər saxlanıldı  |     12:58 Ağdaşda uşağın üzərinə nərdivan aşıb: Azyaşlı ölüb  |     12:48 Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib  |     12:31 Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsi məhkəmə zalında həbs edildi  |     12:20 Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI  |     12:20 İmişlidə qəzada zərərçəkənləri DİN rəhbərliyi qəbul edib  |     12:17 Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb  |    

On min manatadək QƏNAƏT: Füzulidə bəzi yas mərasimləri LƏĞV OLUNUB

"Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, din xadimlərinin, ziyalıların birgə təşəbbüsünə əsasən, artıq 11 ilə yaxındır ki, yas mərasimləri israfdan, təmtəraqdan uzaq və sadə şəkildə təşkil olunur".

Bu məlumat Füzuli Rayon İcra Hakimiyyətinin sosial şəbəkədəki paylaşımında yer alır.

Bildirilir ki, Füzulidə ehsan süfrələri halva, xurma, limon, qənd, çay, su və yuxa olmaqla yeddi əsas qida məhsulu ilə açılır:

"Son 11 ildə yas yerlərinin tam sadələşdirilmiş formada təşkil olunması nəticəsində rayon əhalisi təxminən 19.1 milyona qədər vəsaitə qənaət edib. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 10-15 min AZN xərcləməli olurdusa, hazırda sadələşdirilmiş ehsan məclislərinə dəfn xərcləri də daxil olmaqla orta hesabla 3 000 AZN-nə qədər vəsait tələb olunur. Rayon sakinləri qənaət etdikləri vəsaiti digər sosial problemlərinin həllinə sərf edirlər.

1 yanvar 2025-ci il tarixdən etibarən ziyalıların və Füzuli ictimaiyyətinin birgə təşəbbüsü, eləcə də səyyar qəbullarda səsləndirilən vətəndaş müraciətləri əsasında cümə axşamları (bir cümə axşamı saxlanılmaqla) həyata keçirilmir".

"Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini təşkil edir, həm də mərhumun dəfn olunması, qəbirüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər", - paylaşımda qeyd olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 22.01.25 15:30