Elsun Əhmədov külli miqdarda RÜŞVƏT ALIBMIŞ » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:40 Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb  |     21:17 Məktəblərdə 5 gün dərs olmayacaq  |     21:11 Polşada mədəndə partlayış baş verib, 14 nəfər xəstəxanaya yerləşdirilib  |     20:48 “Kotlovan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”  |     20:38 Qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI  |     20:29 Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb  |     20:23 Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu  |     20:14 Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək  |     19:56 Bakı-Qazax yolunda qəza - Türkiyə vətəndaşı xəsarət aldı - FOTOlar  |     19:45 Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır  |     19:42 Məktəblərdə 5 gün dərs olmayacaq  |     19:32 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət  |     19:17 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     19:10 Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi  |     19:00 Prokurorluqdan Sənan Mehdiyevin həbsi ilə bağlı məlumat  |     18:54 Göyçayda tələbələrin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB-2  |     18:42 Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi  |     18:26 Elsun Əhmədov külli miqdarda RÜŞVƏT ALIBMIŞ  |     18:15 Rüsvayedici xəbərlər yayıb, silinməsi üçün pul tələb edən sayt rəhbərinə hökm oxundu  |     17:53 Rövşən Əsgərov Rusiyada ekstremistlərin siyahısına  |    

Elsun Əhmədov külli miqdarda RÜŞVƏT ALIBMIŞ

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Məzahir oğlu Əhmədovun barəsində olan cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, sabiq hakim 5 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.

İbtidai istintaqla Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Elsun Məzahir oğlu Əhmədov şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            537 22.01.25 18:26