Abşeronda kişi arvadına xəsarət yetirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:50 Sabah yağış yağacaq, külək güclənəcək - PROQNOZ  |     18:42 208 nəfər Kəlbəcər sakini itkin düşmüş kimi qeydiyyata alınıb  |     18:37 Ali Məhkəmə: Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər  |     18:30 Romada yanacaqdoldurma məntəqəsində partlayış olub, 21 nəfər yaralanıb  |     18:25 "28 May" metrostansiyasının yaxınlığında qanunsuz qoyulan köşk götürülüb  |     18:19 Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək  |     18:11 Azərbaycan qırıcıları Konyada "fil yürüşü"ndə iştirak edib, digər ölkələrin hərbi təyyarələri ilə birgə uçuş həyata keçirib  |     18:03 FHN: Son iki həftədə qeyri-çimərlik ərazilərdə yeddi nəfər batıb  |     17:58 Ağ Evdə UFC döyüşü keçiriləcək  |     17:50 Suriyanın gerbi dəyişir  |     17:33 Bakıda məşhur hotellərin idarəçisi borca düşüb  |     17:27 Saray körpüsünə gələn yolların genişləndirilməsinə başlanılır  |     17:10 Bakı 2026-cı ildə ESCAP-ın 82-ci sessiyasına ev sahibliyi edəcək  |     17:04 Ersin Tatar: "Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır"  |     16:26 Ərdoğan: "Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir"  |     16:25 Ərdoğan ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb  |     16:22 Tacikistan Prezidenti: "ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır"  |     16:19 Rusiyada azərbaycanlı Zaur Şipilov saxlanılıb - FOTO / VİDEO  |     16:17 Məsud Pezeşkian: "ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir"  |     16:16 Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub  |    

Abşeronda kişi arvadına xəsarət yetirdi

Abşeron rayonunda 1986-cı il təvəllüdlü Əfsər şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ləmana (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Median.Az
Demokrat.az-a istinadən məlumat verir ki, hadisə 20 sentyabr 2024-cü ildə baş verib. Əfsər həmin gün saat 22:30-da ailə üzvləri ilə birlikdə yaşadığı evin maddi tələblərini qarşılamadığına görə ona şifahi irad bildirən arvadı Ləmana əsəbiləşib.

O, həmin səbəbdən Ləman ilə ailə məişət zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə zamanı onun üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri ilə baş, qol və bədəninin müxtəlif nahiyələrinə, habelə təpiklə ayaq nahiyələrinə ardıcıl zərbələr vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Əfsərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ləman ilə 2008-ci ildə rəsmi olaraq qurduqları nikahdan iki övladı var: "Biz birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində fərdi yaşayış evində yaşayırıq. Əvvəlcə Ləmanla münasibətlərimiz normal olsa da, sonradan mənim başqa qadınlarla münasibətdə olmama görə aramızda tez-tez mübahisələr baş verib".

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 20-də, saat 22:30-da yaşadığı evdə olan zaman Ləman ondan evin kommunal xərclərini ödəmək üçün pul istəyib: "Həmin vaxt üzərimdə pulumun olmadığını dedikdə Ləman israrla mənim hər gün pul qazandığımı, lakin evə gətirmədiymi iradla söylədiyi üçün aramızda mübahisə baş verdi. Ləmanı sakitləşdirmək istəsəm də, buna nail ola bilmədiyimdən yumruqla onun baş və bədəninin müxtəlif nahiyələrinə, təpiklə isə ayaqlarından bir neçə zərbə vuraraq ona xəsarətlər yetirdim. Daha sonra isə evdən getdim. Ləman bundan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Daha sonra isə Saray polis bölməsinə gedərək şikayət ərizəsi yazdı".

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Əfsər barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            465 30.12.24 11:57