Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkə ərazisində güclü külək və daşqın olub – FAKTİKİ HAVA

10.05.2021 14:10 2 430
Ölkə ərazisində güclü külək və daşqın olub – FAKTİKİ HAVA
Azərbaycanda faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 10-u saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub.

Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarda intensiv olub, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib. Yağan intensiv yağışlar nəticəsində çaylarda sululuq artıb, Gorançaydan qısamüddətli daşqın keçib.

Düşən yağıntının miqdarı

Böyük Qafqaz zonasında 5-16, Sarıbaşda (Qax) 29, Balakəndə 28, Şahdağda 21, Zaqatalada 19, Kiçik Qafqaz zonasında 15-18, Naxçıvan MR-da 2-8, Mərkəzi Aran rayonlarında 3-5, Qazax-Gəncə zonasında 5-20, Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Qərb küləyi əsib, arabir Naftalanda 34, Tərtərdə 33, Balakən, Ağdamda 30, Tovuz, Zərdab, Gəncədə 28, Mingəçevir, Bərdədə 25, Ceyrançöldə 24, Şəki, Xaçmaz, Göyçayda 22, Zaqatalada 20, Yevlaxda 19, Şəmkir, Yardımlıda 18, Şabranda 16, Şərurda 15, Bakıda 32, Maştağada 30, Qum adası, Sumqayıtda 28, Neft Daşlarında 26, Çilov adası, Pirallahıda 25, Binədə 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Qar örtüyünün hündürlüyü Xınalıqda 2, Şahdağ, Daşkəsən, Gədəbəydə 1 sm-ə çatıb.

Mayın 9-da Naxçıvanda saat 17:10 radələrində beş dəqiqə ərzində diametri 6 mm, Qazaxda saat 15:40-15:45 radələrində diametri 0,8 mm, Ağstafada isə saat 15:20-15:25 radələrində zəif dolu yağıb.скачать dle 11.3
Mojo.az Banner