Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda küləyin sürəti saniyədə 28 metrə çatdı

27.05.2019 13:06 3 417
Azərbaycanda küləyin sürəti saniyədə 28 metrə çatdı
Mayın 26-sı gündüzdən mayın 27-i səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb.

Böyük Qafqazın bəzi yerlərində yağış leysan xarakterli olub, ayrı-ayrı yerlərə dolu düşüb, güclü qərb küləyi əsib.

Bölgələrə düşən yağıntının miqdarı Böyük Qafqazda: Sarıbaşda (Qax) 19, İsmayıllıda 11, Qubada 8, Kişçayda (Şəki) 7, Zaqatalada 5, Xınalıqda 4, Balakən, Qəbələ, Şəkidə 2, Şahdağ, Şamaxı, Mərəzə, Xaçmaz, Qusar, Xaltanda 1 millimetrədək; Qazax-Gəncə zonasında: Naftalanda 14, Ağdamda 5, Şəmkirdə 3.0 millimetr, Mərkəzi-Aran rayonlarında: Göyçayda 8, Bərdə, Cəfərxanda 4, Mingəçevir, Yevlaxda 3, Kürdəmirdə 2, Tərtər, Zərdab, Sabirabad, Salyan, Qazıməmməddə 1.0 millimetrədək; Kiçik Qafqazda: Toğana Çaykənd HMM-da 24, Gədəbəydə 16, Daşkəsəndə 2, Göygöldə 0.1 millimetr; Lənkəran-Astara zonasında: Lerikdə 5, Biləsuvar, Neftçala, Yardımlı, Lənkəranda 0.4-1.0 millimetr; Naxçıvan MR-da: Ağdərədə (Ordubad) 4, Şahbuzda 2, Naxçıvanda 1, Şərurda 0.5 millimetr; Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakıda 3, Maştağa, Binə, Zabrat, Pirallahıda 1.0 millimetrədək qeydə alınıb.

Mayın 26-da saat 13:05-13:09 radələrində Naftalanda diametri 11 millimetr, saat 22:17-22:34 radələrində Şəki rayonu Kiş kəndində 10-12 millimetr, Samux rayonunda saat 19:55-19:58 radələrində 13 millimetr, Qazax rayon Dağ Kəsəməndə saat 19:07-19:12 radələrində 11 millimetr, Gədəbəydə saat 15:58-16:07 radələrində diametri 11-13 millimetr, Ağstafa rayonunun bəzi kəndlərinə saat 18:10-18:14 radələrində diametri 10 millimetr olan dolu düşüb.

Qərb küləyi Tərtər, Mingəçevir, Gəncədə 28, Şəmkir, Daşkəsəndə 23, Ağstafa, Ceyrançöldə 22, Quba, Naftalanda 20, Sabirabadda 17, Tovuzda 16, Gədəbəydə 15, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 17-22 m/s-dək güclənib.

Son xəbərlər