Prezident: “Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xanım sərnişinə qarşı nəlayiq hərəkət edən daha bir taksi sürücüsü tutuldu  |     22:57 Bakıdakı yeni park belə olacaq (VİDEO)  |     22:50 Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır?  |     22:42 Məşhur tikinti şirkəti yarım milyon borca düşdü  |     22:36 Bu adalarda iki həftə ərzində 900-dən çox zəlzələ baş verib  |     22:29 "Golden Beach"də faciə: Cəryan vurub öldürdü  |     22:23 DGK Çin şirkətindən 3 milyonluq müşahidə avadanlığı alır  |     22:17 6 min manat müavinəti kimlər və necə ala bilər?  |     22:10 Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib  |     22:02 Arzu Əliyeva Leyla Əliyevanı təbrik etdi - VİDEO  |     21:55 Rusiyada iki azərbaycanlı kriminal avtoritet saxlanıldı - VİDEO  |     21:46 Ermənistan ordusunun azərbaycanlı əsirlərə işgəncələri barədə məhkəmədə ifadələr dinlənilib  |     21:38 Rusiya konsulu "Sputnik Azərbaycan"ın həbsdə olan redaksiya rəhbərliyi ilə görüşüb  |     21:33 Emin Ağalarov Rusiyadakı konsertinin təxirə salınmasının səbəbini izah edib  |     21:25 Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb  |     21:18 Ötən ay 17 aptekdə yoxlama aparılıb  |     21:13 Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb  |     21:05 Beyləqanda 16 yaşlı oğlan kanalda batıb  |     21:02 "Sputnik Azərbaycan"ın beş əməkdaşı sərbəst buraxıldı  |     21:00 FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib  |    

Prezident: “Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi”

“Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim”.

Bunu Prezident İlham Əliyev bu gün Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

“Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı.

Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik.

Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir.

Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirilir”, - deyə prezident bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 161 21.11.20 18:35