Bu gün növbəti buraxılış imtahanları keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:10 Bakı 2026-cı ildə ESCAP-ın 82-ci sessiyasına ev sahibliyi edəcək  |     17:04 Ersin Tatar: "Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır"  |     16:26 Ərdoğan: "Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir"  |     16:25 Ərdoğan ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb  |     16:22 Tacikistan Prezidenti: "ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır"  |     16:19 Rusiyada azərbaycanlı Zaur Şipilov saxlanılıb - FOTO / VİDEO  |     16:17 Məsud Pezeşkian: "ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir"  |     16:16 Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub  |     16:16 Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"  |     16:15 Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib  |     16:14 Ərdoğan: "Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram"  |     16:07 Xankəndidə Məsud Pezeşkianla Emoməli Rəhmon arasında görüş baş tutub  |     16:05 İran prezidenti: "ECO-nun potensialı region ölkələrinin inkişafına kömək edə bilər"  |     16:02 Şəxsiyyət vəsiqəsindəki məlumatların tərkibi YENİLƏNƏCƏK?  |     15:58 Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib  |     14:11 "Mahir ay brat" məhkəmə zalından azadlığa buraxıldı - FOTO  |     13:54 Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam  |     13:54 Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb  |     13:53 Rüşvət alan kapitana hökm oxundu  |     13:52 Xalq artisti Röya Ayxandan “Ağlama” mahnısına akustik nəfəs - VİDEO  |    

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, imtahanlarda 15526 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanların təşkil edilməsi üçün 71 imtahan binası, 1273 imtahan zalı, 71 ümumi imtahan rəhbəri, 207 imtahan rəhbəri, 1660 nəzarətçi – müəllim, 142 buraxılış rejimi əməkdaşı, 71 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 3 iyul 2020-ci ildə şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq:

• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul imtahanı (Naxçıvanda);

• 9-cu sinif üzrə buraxılış imtahanları;

• 11-ci sinif üzrə buraxılış imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçirilir;

• Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı (Naxçıvanda).скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 935 03.07.20 12:09