Mojo.az Banner
15:55 AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır  |     15:29 II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - Tarix açıqlandı  |     15:24 Leyla Əliyeva "Azəripək" ASC-nin fəaliyyəti ilə yaxından tanış olub - FOTO  |     15:17 Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib - FOTO  |     14:52 Alimlərdən xəbərdarlıq: Mart ayından bəri ən güclü maqnit qasırğası gözlənilir  |     14:44 Bəzi qatarların hərəkət qrafiki dəyişdi  |     14:20 Xarici universitetlərdən yerdəyişmə etmək istəyən TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ  |     14:02 Müəllimini güllələməkdə təqsirli bilinən şagirdə ittiham elan edilib  |     12:40 Yaponiya və Koreya vətəndaşları bu gündən Azərbaycana vizasız gələcəklər  |     12:39 Azərbaycan nefti ucuzlaşıb  |     12:36 Tovuza sərnişin aparan şəxs gecələmək istədi, ÖLDÜRÜLDÜ - QƏTLİN TƏFƏRRÜATI (Yenilənib)  |     12:28 Azərbaycanda qadınların pensiya yaşı artırıldı  |     12:26 DÇ-2026-da pley-off həyəcanı davam edir: İngiltərə Konqoya, Belçika Seneqala qarşı  |     12:01 Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO  |     11:58 İsti hava telefonunuzu sıradan çıxara bilər: Diqqət etməli olduğunuz dörd əlamət  |     11:55 Azərbaycan ilk dəfə baytarlıq vaksini istehsal edəcək  |     11:54 Tanınmış türkiyəli müğənninin qardaşı həbs edildi  |     11:45 Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub - FOTO  |     11:42 Venesuelada zəlzələdən sonra dağıntılar altında sağ qalanlar var  |     11:17 "BakıKart"ın qiyməti ARTDI  |    
Left Banner
Right Banner

Xəstəxanaya yerləşdirilən tələbələrin kimlikləri bilindi - YENİLƏNİB

03.12.2019 14:31 2 944
Xəstəxanaya yerləşdirilən tələbələrin kimlikləri bilindi - YENİLƏNİB
Bakı Dövlət Universitetinin mətbuat xidməti halı pisləşən tələbələrlə bağlı məlumat yayıb.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova oxu.az-a açıqlamasında bildirib ki, hadisə BDU-nun yataqxanasında yox, tələbələrin yaşadığı kirayə evdə baş verib:

“Universitetin yataqxanasına təcili yardım çağrılmayıb. Halı pisləşən tələbələrdən biri Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dördüncü kurs tələbəsi Məryəm Ramazanovadır.

Digər tələbə bizim universitetdə oxumur. Onlar qohum olublar, birlikdə kirayə mənzildə qalırdılar. İlkin məlumata görə, tələbələrin mədə soyuqdəyməsi səbəbindən vəziyyətləri pisləşib. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir”.

Qeyd edək ki, halı pisləşən tələbələr 1999-cu il təvəllüdlü Ramazanova Məryəm Feyzulla qızı və 1999-cu il təvəllüdlü Məmmədova Aygün Xəlil qızıdır.

* * * * *

Bakı Dövlət Universitetinin iki tələbəsinin vəziyyəti pisləşib.


Bu barədə oxu.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb.

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.скачать dle 11.3
Mojo.az Banner