Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Venesuelada zəlzələdən sonra dağıntılar altında sağ qalanlar var

01.07.2026 11:42 510
Venesuelada zəlzələdən sonra dağıntılar altında sağ qalanlar var
Venesuelada baş verən güclü zəlzələdən sonra xilasedicilər dağıntılar altında qalan sağ insanları tapmaqda davam edirlər.

Bu barədə Karakas ərazisində axtarış aparan ABŞ-dən olan xilasetmə qruplarının nümayəndələri "CBS News" telekanalına danışıblar.

Xüsusilə də xilasedicilər artıq altı gündür ki, zəlzələ baş verən an çökmüş 10 mərtəbəli binanın yeraltı dayanacağında olan 44 yaşlı Erman Jil Floresi çıxarmağa çalışırlar.

"O orada mühafizəçi işləyirdi və indiyədək öz daxmasında qalmaqdadır. Kişi heç bir xəsarət almayıb, ona su ötürülməsi mümkün olub, lakin plitələrin çökməsi təhlükəsi olduğundan dağıntıların təmizlənməsi çox ləng aparılır", - deyə o bildirib.

Yerli rəsmilərə istinadən CBS əlavə edib ki, 6.5 minə yaxın adam dağıntılar altından xilas edilib, daha 51 min nəfər isə hələ də itkin düşmüş sayılır.

Venesuelada yeraltı təkanlar iyunun 24-də axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7.2-7.5 maqnitudalı iki ardıcıl zəlzələ seriyası qeydə alınıb. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 km aralıda yerləşib. Ən son rəsmi məlumatlara əsasən, fəlakət nəticəsində 1 943 nəfər həlak olub, 10 571 nəfər yaralanıb. 28 380 zərərçəkənə xəstəxanalarda və çöl düşərgələrində tibbi yardım göstərilir.

Son xəbərlər