Mojo.az Banner
20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır

01.07.2026 15:55 351
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın Atırau və Aktöbə şəhərlərinə birbaşa müntəzəm reyslərə başlayır.

Median.Az
AZAL-a istinadən xəbər verir ki, yeni istiqamətlər Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə və sərnişinlər üçün səyahət imkanlarının artırılmasına xidmət edəcək. Yeni istiqamətlərə biletlər artıq satışdadır.

Atırau istiqamətində İlk reys 16 avqust 2026-cı il, Aktöbə istiqamətində isə 16 sentyabr 2026-cı il tarixində həyata keçiriləcək. Bakı-Atırau-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Bakı- Aktöbə-Bakı marşrutu üzrə isə həftədə 3 dəfə, bazar ertəsi, çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Yeni reyslər Qərbi Qazaxıstanın mühüm iqtisadi mərkəzlərinə birbaşa hava əlaqəsi yaradaraq işgüzar səfərləri daha rahat edəcək, eyni zamanda turizm və humanitar mübadilənin inkişafına əlavə imkanlar açacaq.

Atırau Qazaxıstanın neft-qaz sənayesinin əsas mərkəzlərindən biri və Xəzəryanı regionun əsas iqtisadi şəhərlərindən hesab olunur . Aktöbə isə sənaye, logistika və ticarət sahələrində inkişaf etmiş infrastrukturu ilə ölkənin mühüm regional mərkəzlərindən biridir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.скачать dle 11.3
Mojo.az Banner