Mojo.az Banner
20:40 Kiberdələduzluq hallarına qarşı diqqətli olun!  |     20:35 Azərbaycan alma ixracından gəlirini 7 % artırıb  |     20:27 Sabah 38° isti olacaq  |     20:22 Simonyan ABŞ rəsmisi ilə TRIPP-i müzakirə etdi  |     20:14 Bu şəxslər vergi ödəməyəcək  |     20:09 Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən xəbər var  |     20:02 Azərbaycanda 2 universitet tələbələrinə təqaüd verəcək  |     19:57 Prezidentin əfv fərmanından imtina edən qırğız səbəbi açıqladı  |     19:49 Beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırır  |     19:44 Meyiti iki gün sonra su kanalında tapıldı  |     19:35 Rusiya Ermənistandan hesabat tələb etdi - İrəvan cəzalandırılır  |     19:30 Əmisi oğlunu daşla vuran Goranboy sakini həbs olundu  |     19:24 Əsəd ailəsinin həbs olunan ilk üzvü edam ediləcək  |     19:15 Qusarda "Ford Transit" azyaşlını vuraraq öldürdü  |     19:10 Müşfiqabadda sürüşmə təhlükəsi getdikcə artır - Video  |     19:03 19 yaşlı Zeynəbin qətlinin təfərrüatı  |     18:55 XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir  |     18:47 Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     18:42 Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür  |     18:30 Bakıda məşhur kabab evində ətdən at DNT-si çıxdı: Dövlət qurumu hərəkətə keçdi - FOTO  |    
Left Banner
Right Banner

Bəzi qatarların hərəkət qrafiki dəyişdi

01.07.2026 14:44 399
Bəzi qatarların hərəkət qrafiki dəyişdi
Sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün bu gündən Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlində dəyişiklik qüvvəyə minib.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin məlumatına əsasən, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək.

Yeni qrafikə əsasən, həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə gündəlik 84 reys yerinə yetiriləcək. Şənbə və bazar günləri isə qatarlar əvvəlki hərəkət cədvəli ilə fəaliyyət göstərəcək.

Eyni zamanda, iyulun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə də qatarların yola düşmə saatı dəyişdirilir. Yeni cədvələ əsasən, qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.

Sərnişinlər qatarların yenilənmiş hərəkət cədvəli ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi internet səhifəsində tanış ola bilərlər.скачать dle 11.3
Mojo.az Banner