Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tovuza sərnişin aparan şəxs gecələmək istədi, ÖLDÜRÜLDÜ - QƏTLİN TƏFƏRRÜATI (Yenilənib)

01.07.2026 12:36 813
Tovuza sərnişin aparan şəxs gecələmək istədi, ÖLDÜRÜLDÜ - QƏTLİN TƏFƏRRÜATI (Yenilənib)
Tovuz rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Oxu.az-ın məlumatına görə, hadisə iyunun 30-da gecə saatlarında rayonun Əyyublu kəndində baş verib. Qətlə yetirilən Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyev şəxsi mikroavtobusu ilə Əyyublu kəndinə sərnişin gətiribmiş. Sərnişinləri düşürəndən sonra, o, kənd ərazisində gecələmək qərarına gəlib. Həmin vaxt, o, 1997-ci il təvəllüdlü kənd sakini Asəf Rüstəmovla rastlaşıb və aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində A.Rüstəmov Elməddinə qarın və ürək nahiyələrindən bıçaq zərbələri endirib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Asəf Rüstəmov Əyyublu kənd sakini olsa da, uzun müddət Rusiyada yaşayıb və bir neçə ay əvvəl Azərbaycana qayıdıbmış.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

* * * * *

Tovuzda qətl hadisəsi baş verib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Tovuz Rayon Polis Şöbəsinə Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyevin kəsici-deşici alətlə xəsarət alması və yerləşdirildiyi xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 29 yaşlı Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər