Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda DƏHŞƏT: Məktəblilərin mübahisəsi valideynlərin qanlı davasına səbəb oldu - TƏFƏRRÜAT (Yenilənib)

09.05.2026 14:36 2 400
Cəlilabadda DƏHŞƏT: Məktəblilərin mübahisəsi valideynlərin qanlı davasına səbəb oldu - TƏFƏRRÜAT (Yenilənib)
Cəlilabad rayonunda baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Hadisə mayın 8-də axşam saatlarında rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Uzuntəpə kənd sakini İlqar Quliyev 5-ci sinif şagirdi olan oğlunu döyən şəxsin evinə gedib. O, oğlunu döyən 9-cu sinif şagirdinin atası Nicat Cəbiyevi küçəyə çağıraraq, onunla mübahisə edib. Mübahisə zamanı İ.Quliyev N.Cəbiyevi yumruqla vurub və söyüb.

Hadisə zamanı N.Cəbiyev özü ilə götürdüyü mətbəx bıçağı ilə ona zərbələr endirib. O, İlqar Quliyevə qarın, döş qəfəsi və dirsək nahiyələrindən 11 bıçaq zərbələri endirərək onu öldürməyə cəhd edib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən N.Cəbiyev saxlanılaraq istintaqa təhvil verilib.

* * * * *

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.


Oxu.az-ın məlumatına görə, hadisə mayın 8-də axşam saatlarında rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Uzuntəpə kənd orta məktəbinin 5-ci sinif şagirdi ilə 9-cu sinif şagirdi arasında mübahisə yaranıb. Mübahisə nəticəsində 9-cu sinif şagirdi 5-ci sinif şagirdini döyüb, ona xəsarət yetirib.

Azyaşlı evə gələrək bu barədə valideynlərinə məlumat verib. 5-ci sinif şagirdinin atası İlqar Quliyev mübahisəni aydınlaşdırmaq məqsədi ilə 9-cu sinif şagirdinin evinə gedib və onun atası Nicat Cəbiyevlə görüşüb. Söhbət zamanı valideynlər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində N.Cəbiyev özü ilə götürdüyü mətbəx bıçağı ilə İlqar Quliyevə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürməyə cəhd edib.

Yaxınlıqdakı şəxslərin səyi nəticəsində dava sakitləşdirilib və İ.Quliyev ağır vəziyyətdə Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub, reanimasiya şöbəsinə yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən N.Cəbiyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər