Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İsmayıllıda oğul atasını söyüşə görə bıçaqlayıb? - TƏFƏRRÜAT

17.06.2025 13:12 1 185
İsmayıllıda oğul atasını söyüşə görə bıçaqlayıb? - TƏFƏRRÜAT
İsmayıllı rayonunda oğulun atasını bıçaqlamasının təfərrüatı məlum olub.

Hadisə rayonun Talıstan kəndi ərazisində küçədə baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizovun içki düşkünü olduğu deyilir. Məlumata görə, B.Əzizov hər gün içərək küçədə nalayiq hərəkətlər edir, kənd sakinlərini təhqir edirmiş. Sakinlər bu barədə onun oğluna dəfələrlə məlumat versələr də, B.Əzizov hərəkətlərinə son qoymayıb.

Dünən axşam saatlarında B.Əzizov yenə içkili vəziyyətdə kənd sakinləri ilə yersiz mübahisə edib. Sakinlər bu barədə yenidən onun oğluna məlumat veriblər. Atasının hərəkətlərindən bezən 1994-cü il təvəllüdlü Kənan Əzizov hadisə yerinə gələrək atasını evə aparmaq istəyib. Həmin vaxt ata oğlunu da küçə söyüşləri ilə təhqir edib. K.Əzizov özü ilə götürdüyü bıçaqla atasına qarın boşluğu və boğazından xəsarət yetirib.

* * * * *

İsmayıllı rayonunda küçədə bıçaqlanma hadisəsi baş verib.


Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Talıstan kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Kənan Bəhlul oğlu Əzizov küçədə atası, 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizovu bıçaqlayıb. O, atasına qarın və boğaz nahiyəsindən iki zərbə endirib.

Kənd sakinlərinin köməyi ilə yaralı xəstəxanaya yerləşdirilib, əməliyyat olunub.

Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən K.Əzizov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər