Mojo.az Banner
14:04 Astarada 60 yaşlı kişinin ölümünün TƏFƏRRÜATI  |     13:58 Avqustda sərinlik başladı – Güclü istilər yenidən qayıdır?  |     13:48 “General-leytenant” rütbəsi verilən digər zabitlər kimlərdir? (FOTO)  |     13:28 Telefon nömrəsini dəyişmək istəyənlərə XƏBƏRDARLIQ  |     13:20 Bakıda 27 yaşlı kişi stadionda öldü  |     12:25 Bakı-Quba yolunun kənarında OBYEKT YANIB  |     12:20 Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər – Qiymət dəyişəcək?  |     12:03 Sabirabadda yanğın törədən şəxs saxlanıldı  |     11:55 Gələn həftə maraqlı kosmik hadisə gözlənilir - Azərbaycandan da müşahidə etmək mümkün olacaq  |     11:52 "Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum" - meşədəki qətlin TƏFƏRRÜATI  |     11:52 Sərnişinlərin NƏZƏRİNƏ: Qatarların hərəkət qrafiki dəyişəcək  |     11:47 Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI  |     11:46 Bakının Kənar Dairəvi yolunda yük maşını aşdı, tıxac yarandı  |     11:45 Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü  |     11:43 Qızılın saxta olduğunu necə müəyyən etmək olar? - Zərgər izah edir  |     11:41 Üç aydan çox istifadə edirsinizsə, DİQQƏT: Diş fırçasında nələr toplanır?  |     11:39 Pakistan Əfqanıstana yaşıl işıq yandırdı: Humanitar dəhliz açıldı  |     11:34 General-mayor Abbasəli Novruzov dəfn edildi - FOTO  |     11:14 Astarada narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu  |     11:08 Bu ərazilərdə işıq olmayacaq  |    
Left Banner
Right Banner

Xarici universitetlərdən yerdəyişmə etmək istəyən TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

01.07.2026 14:20 246
Xarici universitetlərdən yerdəyişmə etmək istəyən TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ
2026/2027-ci tədris ili üzrə xarici dövlətlərin ali təhsil müəssisələrindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhadətnamə xarici dövlətlərin ali təhsil müəssisələrində əldə edilmiş kvalifikasiyaların qismən akademik tanınmasını təsdiq edən sənəd hesab olunur.

"Qismən akademik tanınma haqqında şəhadətnamənin əldə edilməsi üçün müraciətlər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim olunur.

Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq sözügedən şəhadətnamənin əldə edilməsi üçün müraciət müddəti 7 iyul 2026-cı il saat 18:00-dək uzadılıb.

Qismən akademik tanınma haqqında şəhadətnaməni əldə edən tələbələr 13 iyul 2026-cı il saat 10:00-dan 19 iyul 2026-cı il saat 18:00-dək portal.edu.az platforması vasitəsilə müraciət edərək yerdəyişmə prosesində iştirak edə bilərlər.

Müraciət üçün tkta.edu.az saytına keçid edə bilərsiniz", - məlumatda qeyd olunub.


скачать dle 11.3
Mojo.az Banner