Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır

03.10.2026 13:17 297
Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrinin rəhbərlərinə rəsmi tapşırıq göndərib.

Median.Az
Yurd.media-ya istinadən xəbər verir ki, Agentliyin direktoru Eşqi Bağırovun Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə ünvanladığı sənəddə məktəblərdə müəllimlərlə şagirdlər və onların valideynləri arasındakı münasibətlərdə "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.

Xəbərdarlıqda xüsusi olaraq qeyd edilib ki, müəllimlərin valideynlərdən və şagirdlərdən birbaşa və ya dolayı yolla hədiyyə, pul, qiymətli əşyalar və digər maddi və ya qeyri-maddi nemətlər istəməsi və ya qəbul etməsi, eləcə də bu məqsədlə hər hansı təşəbbüs göstərməsi qəti qadağandır. Belə halların qarşısının dərhal alınması tələb olunub.

Məktəb rəhbərlərinə tapşırılıb ki, müəllimlər, şagirdlər və valideynlər arasında bu tələblərlə bağlı maarifləndirmə işləri aparsınlar, qaydalara əməl olunmasına ciddi nəzarət etsinlər və hər hansı pozuntuya və ya neqativ hala yol verilməməsi üçün müvafiq tədbirlər görsünlər.скачать dle 11.3
Mojo.az Banner