Mojo.az Banner
18:07 Su anbarında qanunsuz balıq ovlayan şəxs SAXLANILDI  |     17:46 Tapdığı 5 627 manatı qaytarmaq üçün televiziyaya gedən qadına HÖKM OXUNDU  |     17:22 Şahin Mustafayev Abbas Əraqçı ilə görüşüb  |     17:08 30 ilin qəssabı 15 baş heyvan oğurladı - Cəzalandırıldı  |     17:08 DSK yanında Statistika Şurasının yeni tərkibi təsdiqlənib  |     17:06 İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi  |     16:43 Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının birdəfəlik ödənişsiz tranzitinə razılıq verib  |     16:41 "Ramiz Mehdiyev işi" ilə bağlı həbs olunan Məmməd İbrahimin apellyasiya şikayəti təmin edilmədi  |     16:40 Vətəndaşlar xaricdə yaşayan bloqer Qabil Məmmədovla şantaj ediliblər  |     16:39 Ceyhun Bayramovla Abbas Əraqçı mətbuata bəyanatlarla çıxış ediblər  |     16:26 Gürcüstanda Rusiya dizeli tam şəkildə Azərbaycan yanacağı ilə əvəzlənə bilər  |     16:25 "Liverpul" komandasının əsas oyunçuları baş məşqçinin istefasını istəyirlər  |     16:24 Ağdaşda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub  |     16:17 Azərbaycanda iş adamının milyonlarla pulunu ələ keçirənlər SAXLANILDILAR - Biri federasiya prezidenti olub (FOTO)  |     16:15 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     16:13 Gömrük Hospitalının bir milyon manatlıq tenderi ləğv edilib  |     16:12 Bakıda adam oğurluğunda təqsirləndirilənlərə hökm oxunub  |     15:48 Nigeriyada silahlıların girov götürdüyü 100 məktəbli qız azad olundu  |     15:37 Yasamalda liftlərə qənim kəsilən keçmiş məhkum saxlanıldı  |     15:36 Seyid Abbas Əraqçı Şəhidlər xiyabanını ziyarət edib  |    
Left Banner
Right Banner

Millimiz dünya çempionatına iki heç-heçə ilə start verdi - YENİLƏNİB

28.09.2021 13:41 2 235
Millimiz dünya çempionatına iki heç-heçə ilə start verdi - YENİLƏNİB
İspaniyanın Sices bölgəsində qadın şahmatçılar arasında dünya çempionatına start verilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın qadın şahmatçılardan ibarət yığması da bu gün yarışda mübarizəyə başlayıb.

İlk turda Hindistanla bərabərliyə razılaşan (2:2) millimiz ikinci turda Ermənistanla üz-üzə gəlib.

Bu oyunda da qalib müəyyənləşməyib – 2:2.

Ülviyyə Fətəliyevanın istirahət etdiyi turda Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə qalib gəlsələr də, Türkan və Zeynəb Məmmədyarova bacıları məğlub olublar.

Millimizin üçüncü və dördüncü turdakı rəqibləri uyğun olaraq Rusiya və Fransa komandaları olacaq.

Geridə qalan iki turdan sonra aktivində 2 xal olan millimiz turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Rusiya isə 4 xalla liderdir.

* * * * *

İspaniyanın Sices bölgəsində qadın şahmatçılar arasında dünya çempionatına start verilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın qadın şahmatçılardan ibarət yığması da bu gün yarışda mübarizəyə başlayıb.

Tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı ilk görüşündə Hindistanla qarşılaşıb.

Görüş 2:2 hesabı ilə başa çatıb. Z.Məmmədyarovanın istirahət etdiyi ilk turda Günay Məmmədzadə və Gülnar Məmmədova məğlub olub, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova isə qalib gəliblər.

Qeyd edək ki, Azərbaycan yığması II turda Ermənistanla üz-üzə gələcək.

Dünya çempionatı

A qrupu

I tur

Azərbaycan - Hindistan - 2:2

Günay Məmmədzadə - Xarika Dronavali - 0:1

Gülnar Məmmədova - Rameşbabu Vaişali - 0:1

Ülviyyə Fətəliyeva - Tanya Sadçev - 1:0

Türkan Məmmədyarova - Bxati Kulkarni - 1:0

13:18

Bu gün qadınlardan ibarət şahmat milli komandamız İspaniyanın Barselona şəhərinin cənub-qərbində yerləşən Sices qəsəbəsində keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

Oxu.Az-ın xəbərinə görə, Gülnar Məmmədova (2406), Ülviyyə Fətəliyeva (2310), Günay Məmmədzadə (2280), Türkan Məmmədyarova (2243) və Zeynəb Məmmədyarovadan (2198) ibarət komandamız A qrupunda yarışacaq.

Komandamız bu gün ilk iki turda əvvəlcə Hindistan, daha sonra Ermənistanla qarşılaşacaq. Hindistanla görüş Bakı vaxtı ilə saat 17:00-da, Ermənistanla qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, A qrupunda Rusiya Federasiyasının Şahmat Komandası, Fransa və İspaniya komandaları da mübarizə aparır. B qrupunda isə FIDE Amerikas (Peru, Argentina, Kanada, Paraqvay və Kubadan ibarət şahmatçılar – S.M.), Ukrayna, Qazaxıstan, Almaniya, Gürcüstan və Polşa milliləri yarışacaq.

Qrupda ilk 4 sıranı tutan komandalar 1/4 finala vəsiqə qazanacaq. Dünya çempionatına oktyabrın 2-də yekun vurulacaq.скачать dle 11.3