Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Gürcüstanda Rusiya dizeli tam şəkildə Azərbaycan yanacağı ilə əvəzlənə bilər

08.12.2025 16:26 651
Gürcüstanda Rusiya dizeli tam şəkildə Azərbaycan yanacağı ilə əvəzlənə bilər
"Azərbaycanın dizel yanacağı Gürcüstanda Rusiyadan idxal olunan həcmi tamamilə əvəz edəcək".

Median.Az
-ın Gürcüstanın "Business Press News" nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin Neft İdxalçıları Birliyinin rəhbəri Vaxtanq İobaşvili məlumat verib.

Onun sözlərinə görə, bu, Azərbaycanın həmçinin Avropaya tədarük etdiyi yüksək keyfiyyətli "Avro-5" dizel yanacağıdır.

Nəşr qeyd edir ki, oktyabr ayında Azərbaycandan yanacaq idxalı artaraq rekord 35.129%-ə çatıb:

"Azərbaycandan dizel yanacağına tələbat artıq 40% artıb və artmaqda davam edəcək. Azərbaycanın dizel yanacağı Rusiyadan idxal edilən həcmləri tam şəkildə əvəzləyəcək. Bu, çox yaxşıdır. İlk növbədə, Bakı və Tbilisi logistik nöqteyi-nəzərdən bir-birinə yaxın yerləşirlər. Bu, şübhəsiz ki, qiymətlərdə müsbət yöndə əksini tapacaq. Rusiya çox böyük bir ölkədir və bu qədər böyük məsafədə dəmiryolu daşınmaları, digər logistik xidmətləri təbii ki, daha baha başa gəlir. Bakı 400 kilometr məsafədədir".

O, Gürcüstan üçün Azərbaycanın dizel yanacağının nə qədər ucuz başa gəldiyinə dair suala cavabında qeyd edib:

"Azərbaycanın logistik xidmətləri Rusiya və ya digər uzaq ölkələr tərəfindən təqdim edilən xidmətlərə nisbətən daha ucuzdur, lakin qiymət "Plats"a əsasən formalaşır, buna görə də onlar bizə daha aşağı qiymətə təklif edə bilməzlər. Logistikanın nə qədər ucuz başa gəldiyi də nəzərə alınmalıdır. Bu istiqamətdə daim yeniliklər baş verir və hər şey həm bizim, həm də onların dəmir yollarında, eləcə də digər xidmətlərdə tariflərin necə olacağından asılıdır. Əslində, qiymətlər hər il dəyişir".скачать dle 11.3
Mojo.az Banner