Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tapdığı 5 627 manatı qaytarmaq üçün televiziyaya gedən qadına HÖKM OXUNDU

08.12.2025 17:46 495
Tapdığı 5 627 manatı qaytarmaq üçün televiziyaya gedən qadına HÖKM OXUNDU
Dayanacaqdakı sahibsiz çantadan 5 627 manat götürən qadına hökm oxunub.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi 1964-cü il təvəllüdlü N.Məmmədovanı Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilib.

Bildirilib ki, hadisə bu il mayın 27-də saat 22 radələrində "Şamaxinka" kimi tanınan ərazidə qeydə alınıb.

Qeyd edilib ki, hadisədən əvvəl paytaxtda mənzillərin birində təmizlik işçisi vəzifəsində çalışan qadın Müşfiqabad qəsəbəsində avtobus gözləyərkən çantasını dayanacaqda unudub. Daha sonra dayanacaqda olan N.Məmmədova həmin çantaya baxıb və içindəki 5 627 manat pulu götürərək Xırdalana gedib. Faktın üstü bir gün sonra açılıb və polis cinayət işi başladıb.

Məhkəmədə N.Məmmədova özünü günahkar bilməyib:

"Saat 21:40-da klinikalardan birinin qarşısındakı dayanacağa yaxınlaşaraq avtobus gözləyirdim. Bu zaman qara rəngli əl çantasının unudulduğunu gördüm. Hətta orada olan iki uşaq çantanın mənə məxsus olub-olmaması barədə soruşdu, mənə aid olmadığını dedim. Çanta sahibinin uzaqlaşdığını başa düşərək onu açıb içərisinə baxdıqda əksəriyyəti 100 və 50 manatlıq əsginaslardan ibarət rezinlə bağlanmış topa şəklində pulların olduğunu aşkar etdim. Həmin anda sayını bilmədiyim pulu götürərək itməməsi və oğurlanmaması üçün öz əl çantama qoydum. Sonra avtobusa minib oradan uzaqlaşdım.

Bir müddət sonra baldızımın evinə çatdım və orada pulu sayaraq 5 627 manat olduğunu bildim. Baldızım həmin pulun haradan əldə edildiyi ilə maraqlandıqda ona vəziyyəti danışdım. O isə mənim telekanallardan birinin vasitəsilə elan verib pulun sahibinə qaytarılmasının lazım olduğunu dedi. Artıq gec olduğuna görə polisə getməyi deyil, telekanal vasitəsilə elan verib pulun sahibinin tapılması və qaytarılması yolunu seçdik. Bu məqsədlə 2025-ci il mayın 28-də pulu özümlə götürərək baldızımla birlikdə Yasamalda yerləşən "Azad Azərbaycan" telekanalına getdim. Binaya yaxınlaşıb məlumat verdikdən sonra Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin əməkdaşları telekanalın binasına yaxınlaşaraq bizi polis şöbəsinə dəvət etdilər. Nəsimi RPİ-nin İŞ-də 53 ədəd 100 manatlıq, iki ədəd 50 manatlıq, 12 ədəd 10 manatlıq, 21 ədəd 5 manatlıq və iki ədəd manatlıq əsginaslardan ibarət ümumilikdə 5 627 manat nağd pulu sahibinə təqdim etdik. Mən cinayət törətməmişəm və məhkəmədən barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm".

Zərərçəkmiş qadın isə ifadəsində N.Məmmədovadan şikayəti olmadığını və barışdığını deyib:

"Müşfiqabad qəsəbəsində ev tikdirirəm, amma pulum çatmadığına görə işlər yarımçıq dayanmışdı. Buna görə təmizlik işləri gördüyüm evin sahibindən 5 000 manat borc pul almışdım ki, aparıb ustaya verim, təmir işlərini davam etdirsin. 600 manat isə aylıq məvacibim, üstündəki 27 manat isə gündəlik çörəkpulum idi. Bütün pullar mənə qaytarıldığı üçün heç bir şikayətim yoxdur".

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə N.Məmmədova oğurluq əməlində təqsirli bilinib. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib.

Son xəbərlər