Mojo.az Banner
21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |     20:00 "Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi  |     19:54 Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO  |     19:49 Polis bir gündə 50 nəfəri tutdu  |     19:43 Bakıda qiyməti 200 mindən yuxarı olan evlər ucuzlaşacaq? - AÇIQLAMA  |     19:35 Keçmiş deputat tələbə oldu  |     19:30 Sentyabrın 5-dək meteor yağışı olacaq  |     19:23 Bakıda səs-küy yayılan daha bir restorandan ŞİKAYƏT- VİDEO  |     19:17 Kamran Əliyev Yasamalda vətəndaşları qəbul edəcək  |     19:10 Tokayev hökuməti istefaya göndərdi  |    
Left Banner
Right Banner

Bakıda adam oğurluğunda təqsirləndirilənlərə hökm oxunub

08.12.2025 16:12 711
Bakıda adam oğurluğunda təqsirləndirilənlərə hökm oxunub
Bakıda adam oğurluğunda təqsirləndirilənlərin cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq ittiham olunanlar Rövşən Eyyubov doqquz il altı ay , Tuncay İmanov doqquz il, Famil Hacıxanov və Vəli Vəliyevin hər biri səkkiz il müddətə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 24-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.

Təqsirləndirilənlər 19 saylı poliklinikanın qarşısına gəlib, Balakərim Umudovun iradəsinə zidd olaraq, ondan BMW markalı avtomobilə əyləşməyi tələb ediblər.

Sonra zərərçəkəni Qobu qəsəbəsindəki kimsəsiz çöllüyə apararaq, orada döyüb, bədən xəsarətləri yetiriblər.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner