Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının birdəfəlik ödənişsiz tranzitinə razılıq verib

08.12.2025 16:43 1 116
Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının birdəfəlik ödənişsiz tranzitinə razılıq verib
Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının ilk tranzitini ödənişsiz (pulsuz) həyata keçirəcək.

Median.Az
-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib.

Bildirilir ki, bu, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarıdır və tərəflər bununla bağlı məlumatlandırılıblar.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi açıqlayıb ki, ölkə Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə görə rüsum almayacaq.

"Bu il dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin", - deyə nazirlik qeyd edib.

Nazirlik əlavə edib ki, Gürcüstan Azərbaycanın və Ermənistanın strateji və etibarlı tərəfdaşı olub və belə olaraq da qalır, eləcə də regionda sülhü və sabitliyi dəstəkləyir.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın Azərbaycandan Ermənistana mümkün neft tranzitinə hər ton üçün 92 dollar rüsum tələb etdiyi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, Rusiya buğdasının partiyası Ermənistanın "Ayrum" sərhəd dəmiryolu stansiyasına (Ermənistan-Gürcüstan sərhədi) noyabrın 5-də axşam, Qazaxıstan buğdası isə noyabrın 8-də çatıb. Bunlar Rusiyadan Azərbaycan və ya onun ərazisindən keçməklə Gürcüstana, daha sonra isə Ermənistana 35 il ərzində ilk birbaşa dəmiryolu daşınmaları idi (çünki Qazaxıstandan gələn buğda da Rusiya ərazisindən keçirdi).

Son xəbərlər