Mojo.az Banner
12:35 DSX avqustda dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarını açıqladı  |     12:19 Sərhəd pozuntusuna görə saxlanılanların sayı AÇIQLANDI - RƏSMİ  |     12:16 Azərbaycanda üç vəzifəli şəxsə hökm oxundu  |     12:15 Axtarışda olan 317 nəfər saxlanılıb - DSX  |     12:08 Bakıda kirayənişin qaldığı evi QARƏT ETDİ  |     12:07 Ermənistanın keçmiş naziri həbs edildi  |     11:59 Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO (Yenilənib)  |     11:43 Qızıl ucuzlaşmaqda davam edir  |     11:42 Azərbaycan neftinin qiymətində KƏSKİN ARTIM  |     11:41 Türkiyədə iki gəmi toqquşdu: İtkin düşənlər var - DETALLAR (Yenilənib)  |     11:39 Azərbaycanda zəlzələ olub  |     11:39 "Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etdi  |     11:34 Bakıda qardaş və bacı bir-birini bıçaqladılar  |     11:30 Nepalda ölənlərin sayı artır: Son məlumatlar açıqlandı  |     11:27 "Qarabağ" və "Zirə"nin futbolçuları Mozambik millisinə çağırıldılar  |     11:14 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı  |     23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |    
Left Banner
Right Banner

Bakı-Tbilisi qatar reysi BƏRPA EDİLİR - Tarix də müzakirə olundu

18.02.2025 16:44 1 869
Bakı-Tbilisi qatar reysi BƏRPA EDİLİR - Tarix də müzakirə olundu
Gürcüstanın baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüş keçirib. Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini, əsas istiqamətləri və gələcək prioritetləri, həmçinin həyata keçirilən layihələri müzakirə ediblər.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Davitaşvili Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən birinin nəqliyyat sahəsində əməkdaşlıq olduğunu vurğulayıb.

"Buna görə də biz hər il bir araya gəlirik və il üçün planları müzakirə edirik. Bu gün həmkarımla görüşdə birgə layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi məsələsini müzakirə etdik - işlərin yekun mərhələsi bu il istifadəyə veriləcək. Biz, həmçinin bu infrastrukturu idarə edəcək Gürcüstan və Azərbaycan arasında birgə müəssisənin yaradılması barədə danışdıq ki, bu da bizə bu sahəni daha səmərəli yükləməyə və daha çox yük cəlb etməyə imkan verəcək", - deyə Levan Davitaşvili bildirib.

Məlumatda vurğulanıb ki, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində keçirilən görüşdə nazir müavini Quram Quramaşvili, "Marabda-Kartsaxi" MMC-nin rəhbəri Levan Kankava, "Gürcüstan Dəmir Yolları" ASC-nin rəhbəri, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Dövlət Əmlakının Milli Agentliyinin direktoru İrakli Şengeliya iştirak ediblər.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinə həmçinin Azərbaycan Dəmir Yollarının sədri Rövşən Rüstəmov, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi və nümayəndə heyətinin digər üzvləri daxil olub.

Görüşdə "Orta Dəhliz"in artan roluna və onun rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi üçün tərəflərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirilib. Qeyd olunduğu kimi, bu, ölkələrə daha çox əlavə dəyər yaratmağa imkan verəcək. Tərəflər, həmçinin bu il mayın 1-dən başlayacaq Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin açılması məsələsini müzakirə ediblər.

"Dəmir yolu ilə sərnişindaşımaları bizim turizm üçün çox vacibdir. Azərbaycanlı həmkarımızla görüşdə cari il üçün təchizat proqnozunu da müzakirə etdik. Əlbəttə ki, maksimum koordinasiya ilə regionda və beynəlxalq səviyyədə daha rəqabətqabiliyyətli ola bilməyimiz üçün planları və baxışları bölüşmək çox vacib idi", - deyə baş nazirin birinci müavini qeyd edib.скачать dle 11.3
Mojo.az Banner