Mojo.az Banner
20:56 Futbol üzrə I və II Liqalarda yeni mövsümün start tarixləri müəyyənləşdi  |     20:51 Videobloqer Günel Ağayeva məhkəmə qarşısında  |     20:43 Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır  |     20:38 Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir  |     20:29 Müsadirə olunmuş narkotik vasitələr məhv edildi  |     20:22 28 nəqliyyat vasitəsi hərraca çıxarılacaq  |     20:17 İyulun ilk günü hava necə olacaq?  |     20:09 Azərbaycanda bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək  |     20:02 Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq  |     19:57 Şagird məktəbə telefon apara bilər? - Nazirdən açıqlama  |     19:49 Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək  |     19:43 İlin sonuna qədər Azərbaycan ilk vaksinini istehsal edəcək  |     19:35 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı  |     19:30 "Bizim bağ" restoranından şikayət - Video  |     19:24 Narkotikin təsirində avtomobil idarə edən sürücü həbs olundu  |     19:15 Azərbaycanlı tələbə Ukraynada raket hücumu nəticəsində öldü  |     19:10 Sumqayıtda çörək almaq üçün evdən çıxan qız itkin düşdü  |     19:03 Yasamalda vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına cavab  |     18:55 Bu yollarda sıxlıq var - SİYAHI  |     18:43 “1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat (VİDEO)  |    
Left Banner
Right Banner

Baş nazir Əli Əsədov Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşüb

06.11.2023 19:50 2 226
Baş nazir Əli Əsədov Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 6-da ölkəmizdə işgüzar səfərdə olan Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən bildirilib.

Görüşdə ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulandı.

Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdikləri qeyd olundu.

İqtisadi-ticari sahədə əməkdaşlığın artım dinamikasından məmnunluq ifadə olundu, ötən il ticarət dövriyyəsinin həcminin 28% artdığı vurğulandı.
Tərəflər investisiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdilər.

Görüş zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparıldığı vurğulanaraq, Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu qeyd olundu.

Tərəflər enerji təhlükəsizliyini bu gün qlobal gündəlikdə duran aktual məsələlərdən biri kimi qiymətləndirdilər. Azərbaycanın öz zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirildi.

Xorvatiyanın təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsi istiqamətində səyləri vurğulanaraq, bu baxımdan TAP layihəsinin davamı olan İon-Adriatik Qaz Boru Kəməri layihəsinin əhəmiyyəti qeyd olundu.

Görüşdə həmçinin nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edildi.скачать dle 11.3
Mojo.az Banner