Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakı ilə İrəvan arasında normallaşma prosesi Gürcüstanda müzakirə edilib

28.08.2025 19:25 753
Bakı ilə İrəvan arasında normallaşma prosesi Gürcüstanda müzakirə edilib
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ABŞ-nin müvəqqəti səlahiyyətli səfiri Alan Persell ilə görüşü zamanı Ermənistan və Azərbaycan arasında sülh sazişini müzakirə edib.

Bu barədə "Report" Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, danışıqlar zamanı tərəflər Gürcüstan və ABŞ arasında əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib, ikitərəfli strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. M.Kvirivişvili qeyd edib ki, Tbilisi Vaşinqtonla münasibətlərin yenidən qurulmasında və strateji qarşılıqlı əlaqələrin bərpasında maraqlıdır.

M.Kvrivişvili Prezident Donald Trampın sülh təşəbbüslərinin, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh sazişinin əhəmiyyətini vurğulayıb ki, bu da onun sözlərinə görə, bütövlükdə Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar açıb. Nazir əlavə edib ki, Vaşinqtonda əldə edilən nəticələr Gürcüstan hökumətinin prioriteti olan sülh və sabitliyin qorunması üçün böyük əhəmiyyət kəsb edir.

Tərəflər həmçinin ticarət, investisiya və nəqliyyat daxil olmaqla iqtisadi əməkdaşlığın geniş spektrini nəzərdən keçiriblər. O cümlədən, Gürcüstan hökumətinin Orta Dəhlizin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün həyata keçirdiyi və planlaşdırdığı infrastruktur layihələri də müzakirə olunub.

Son xəbərlər